Azərbaycan Dövlət İnformasiya Agentliyi

UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN NİTQİ

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli azərbaycanlı dostlar!

Zənnimcə, hər hansı layihənin gerçəkləşdirilməsini təmin etmək üçün bir zəruri şərt var – sənin qeyd dəftərçəndə nəzərdə tutulan layihənin həyata keçirilməsini birlikdə təmin etdiyin tərəfin telefon nömrəsi olmalıdır. Bugünkü səfər, Ukraynadan gələn nümayəndə heyəti, məncə, buna çox gözəl sübutdur ki, Azərbaycanla, onun rəhbərliyi, iqtidarı, xalqı ilə münasibətlərimiz ən yüksək səviyyədədir.

İş elə gətirmişdir ki, bu münasibətlərin illərlə formalaşmış gözəl ənənəsi var. Zənnimcə, o da eyni dərəcədə əhəmiyyətlidir ki, biz bu ənənəni qiymətləndiririk və bu münasibətləri qoruyub saxlamağın, onlara daha yaxşı cəhətlər əlavə etməyin, növbəti nəsilə ötürməyin nə dərəcədə vacib olduğunu başa düşürük. Mən sizin rəhbərliklə aramızda yaranmış etimadın səviyyəsini çox yüksək qiymətləndirirəm.

Bu gün biz tətbiqi layihələrə, həyata keçirmək üçün kifayət qədər aşkar olan layihələrə çox vaxt ayırdıq. Layihələrin gerçəkləşdirilməsi üçün hakimiyyət mexanizmlərindən, dövlət qurumlarından nə dərəcədə səmərəli və tez istifadə etməyə nail olmağımız məsələsində, bəlkə də, risk var. Məmur, bir tərəfdən, fiziki baxımdan böyük işlərə qadirdir, digər tərəfdən isə, haqqında danışdığımız layihələrin təşkilində ciddi maneə də ola bilər. Düşünürəm ki, biz bu münasibətlərin siyasi müstəvidən, hökumətlər arasındakı münasibətlər müstəvisindən işgüzar qurumların – digər əsaslar olan, digər stimulların işlədiyi, öz oyun qaydaları olan qurumların səviyyəsinə mümkün qədər tezliklə keçirmək üçün öz üzərimizdə məsuliyyət hiss etməliyik. Bu gün müzakirə etdiklərimizin üçdə iki hissəsi bazar layihələrinə, praktik olaraq, açıq, rəqabətli layihələrə aiddir. Bu layihələrin həyata keçirilməsini təmin etməyin ən yaxşı yolu hökumətin onları mümkün qədər tezliklə vicdanlı işgüzar strukturlara verməsindən ibarətdir.

Onu da vurğulamaq istərdim ki, biz Azərbaycanda Ukrayna xalqına olan münasibəti çox yüksək qiymətləndiririk. Cənab Prezident, Azərbaycandakı Ukrayna diasporunun həyatı üçün belə normal şərait təmin edildiyinə görə Sizə, komandanıza, hökumətinizə çox minnətdaram. Demək istərdim ki, Siz Ukraynada yaşayan Azərbaycan diasporu barəsində Ukrayna tərəfindən eyni cavabı həmişə eşidəcəksiniz. Ümumiyyətlə, bizim məqsədimiz Ukraynadakı hər hansı icmanın, o cümlədən də Azərbaycan icmasının həyatı üçün elə dinclik və rahatlıq yaratmaqdır ki, hansı torpaqda doğulmasından asılı olmayaraq, hər bir insan ayağa qalxıb böyük iftixar hissi ilə deyə bilsin: mən ukraynalıyam, çünki Ukraynada yaşayıram və Ukrayna dövləti mənə insan ləyaqətinə layiq olan firavanlığı verir. Ona görə də təhsillə, dilin inkişafı, məktəbəqədər tərbiyə, kütləvi informasiya vasitələri, mədəni xarakterli tədbirlərlə bağlı layihələr və ya digər təşəbbüslər ən yüksək səviyyədə dəstəklənəcəkdir.

Mən bu badəni iki böyük, iki maraqlı xalqın, nadir perspektivə malik xalqların şərəfinə qaldırmaq istərdim. Bu gün son on beş ilin bizi necə dəyişdirdiyindən danışdıq. Belə başa düşürəm ki, bəlkə də, insan meyarı baxımından milyonlarla adamın fəlakətləri, bəlkə də, minlərlə adamın faciələri olmuşdur, bəlkə də, bugünkü günün üstünlüklərindən heç də hamı bəhrələnməmişdir. Amma, gəlin yada salaq ki, bu on beş ildə iki dövlət – Azərbaycan və Ukrayna dövlətləri yaradılmışdır. Bu ideya milyonlarla əcdadımızın düşüncəsinin bəhrəsi idi, lakin onda ulduzlara görə də, vəziyyətə görə də müstəqil, suveren dövlətdən danışmaq üçün belə imkan yox idi. Bu gün biz hamımız nadir bir zəmanədə yaşayırıq. İstərdim ki, biz mövcud problemlərdən, – baxmayaraq ki, sanki, onlar mühümdür, onlarla həm məişət səviyyəsində, həm də siyasi səviyyədə hər gün qarşlaşırsan, – heç olmasa bir anlığa uzaqlaşaq və bizi suveren dövlətlərimizin yaranmasına gətirib çıxaran zəmanəni, hər halda, layiqincə qiymətləndirək.

Mən Azərbaycan və Ukrayna xalqlarının şərəfinə, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlunun və onun xanımının sağlığına, burada olanların hamısının sağlığına badə qaldırıram.

X X X

(Dövlət başçılarının nitqləri böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir