DÜNYA
Ukraynalı deputat: Danışıqlarda Türkiyəyə hər iki tərəf etimad göstərir
Kiyev, 30 mart, AZƏRTAC
Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün xoş niyyətlə vasitəçi rolunu oynayır.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.
Türkiyənin sülh yolunda vasitəçiliyinə dair sualı cavablandıran deputat bildirib ki, rəsmi Ankaraya danışıqlarda hər iki tərəf etimad göstərir.
“Ukrayna Krım məsələsini həmişə obyektiv qiymətləndirən Türkiyəyə strateji tərəfdaş kimi güvənir. Türkiyə hər zaman ərazi bütövlüyümüzü, suverenliyimizi və təhlükəsizliyimizi dəstəkləyib”, - deyə Oleksandr Merejko əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]