UKRAYNANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİKTOR YUŞŞENKOYA
Hörmətli Viktor Andreyeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Ukrayna xalqını səmimi qəlbdən təbrik edirəm.
Bu gün Ukrayna ictimai həyatın bütün sahələrinin demokratikləşməsində böyük uğurlar qazanmış, onun beynəlxalq aləmdə nüfuzu artmış və mövqeləri möhkəmlənmişdir.
Əminəm ki, Azərbaycan ilə Ukrayna arasında dərin tarixi kökləri olan dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələri dövlətlərarası münasibətlərimizin daha da inkişaf etməsi üçün bundan sonra da möhkəm təməl olacaqdır.
Hörmətli Viktor Andreyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, Ukrayna xalqına əmin-amanlıq, həmrəylik və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2005-ci il.