Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ulu diyarımın daş yaddaşı - daşlar danışır, mən dinləyirəm...

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Kökü minilliklərin bağrını dələn, namərdə boyun əyməyib mərdə könlünü verən, köksündə güllər-çiçəklər bitirən, yaşı ötdükcə gəncləşən, gözəlləşən şəhərim Naxçıvanın seyrinə çıxıram. Hər qarışına toxunduqca bir əlinə silah alıb düşməninə meydan oxuyan, digəriylə Vətən torpağını bar-bərəkətə, naz-nemətə çevirən ulu babamın məğrur ayaq səslərini, gecələr çıraq işartısında təfəkkürünü, düşüncəsini ilmələrə kökləyən, sabahlar tarlada həyat yoldaşı ilə çiyin-çiyinə zəhmətə qatlaşan ağbirçək nənəmin günortaları beşik başındakı “Laylay dedim yatasan, qızılgülə batasan” sözlərinin ahəngini, qəlbəyatan həzinliyini duyuram. Keçirəm əsrlərin yadigarı qol-budaqlı çinarların meh gətirən çətirindən, nostalji hisslərə bürünən gözlərimi çəkənmirəm uşaqların şən-şaqraq səslərinə qərq olan doğma məktəb yollarından, tamaşa edirəm mahir bir rəssamın fırçasından yoğrulan könülaçan küçələrə, xiyabanlara. Budur, artıq dayan deyir qəlbi söz boğçasına çevrilən, dilindən ləl-cəvahir süzülən, sinəsində minilliklərin mənəvi yükü gizlənən abidələşən daşlar. Söhbət açır bu yurdun dünənindən, bu günündən mənə onlar. Sanki daşlar söyləyir, mən dinləyirəm...

Qopuzu bağrına basır Dədəm Qorqud sinəsi sözlə dolu bir elin, bir yurdun ulu keçmişinə aparır məni, adət-ənənəmizi aşılayan müdrik söhbətləri ilə nəsihətlər verir, bir andaca bu nurani el ağsaqqalının təfəkkür dünyasının inciləri sərilir gözlərim önünə. Oğuz igidlərinin nərəsindən, Qazan, Beyrək, Qanturalı, Buğac, Dəli Domrul kimi igidlərin qəhrəmanlığından, Burla xatın, Banuçiçək, Selcan xatın kimi qadınların sadiqliyindən, vəfasından söhbət açır, Şöklü Məlik, Qara Məlik kimi düşmənləri, ailə içinə nifaq salan Aruz kimi xəyanətkarları pisləyir. Oğuz yurdunun müasir gözəlliyi qarşısında heyranlığını da gizlətmir, keçmişdə olduğu kimi, indi də ağsaqqal sözünə, ağbirçək öyüdünə verilən qiyməti yüksək dəyərləndirir.

Vətəninə sevgi və sədaqət amalı uğrunda mübarizə aparan Koroğlu əyləşir Qıratın belinə, əlində ildırım parçasından hazırlanan Misri qılıncı ilə bu yurda xor baxan namərdlərə meydan oxuyur, qarşısına çıxan maneələrdən qorxmur, daim düşmənlə açıq, üzbəüz döyüşə can atır. Dəmirçioğlu, Eyvaz, Dəli Həsən, Bəlli Əhməd və neçə-neçə torpaq, yurdsevər oğulların igidliklərindən söz açır, Nigar, Məhbub, Telli kimi qadınların ox atmağı, qılınc çalmağı, at oynatmağı heç də kişilərdən pis bacarmadığını deyir. “Həmzənin Qıratı qaçırması” qolundan danışır, Həmzənin Toqata atını qaytarmağa gələn Koroğluya dediyi “Koroğlu, sən Qırat üçün gəlmişdin, onu da minmisən. Mən sənin yerinə olsam, səssiz-səmirsiz çıxıb gedərəm” kinayəli sözünə xalq qəhrəmanının məğrurcasına verdiyi “Əgər atı səssiz-sədasız aparsam, mən də olaram Həmzə də. Onda sənlə mənim aramda day nə təfavüt qalar” cavabını xatırladır.

Babək abidəsi bir əlində düşmən gözünü xofa salan qılıncı, digərində yadellilərə qarşı sədd çəkən qalxanı tutan, gənc yaşlarından böyük sərkərdəlik qabiliyyətinə yiyələnən, 816-cı ildən xürrəmilərə başçılıq edən qəhrəmanın xalqın azadlığı yolunda apardığı müqəddəs amaldan danışır. Xilafətə qarşı, təxminən 20 illik mübarizəsi zamanı döyüşlərdə qazandığı uğurlardan, verdiyi itkilərdən, Bəzz qalasının müdafiəsinə qalxaraq silahdaşları ilə birgə göstərdiyi coşqun mübarizə əzmindən bəhs edir. Abidəyə tamaşa etdikcə Babək filmindən fraqmentlər gözlərim önündən gəlib-keçir, qüvvələrin qeyri-bərabər olduğu son döyüşdə məğlubiyyətə uğrayan Babəkin öz tanışı Səhl ibn Sumbat adlı bir vilayət hakimi tərəfindən satılması, eləcə də qəhrəman edam olunan zaman sonadək əzmini itirmədiyi o tükürpədici görüntüləri xatırladıqca yurdsevər igidimə olan fəxarət hissim daha da artır.

Budur, üzərini görkəmli sənətkarın yaradıcılığına məxsus həndəsi naxışların bəzədiyi və sərbəst şriftlə “Əcəmi Naxçıvani” sözləri yazılan Əcəmi abidəsi önündəyəm. Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi Əbubəkiroğlunun qədim diyarımızı təkcə Türk dünyasında deyil, bütün Şərq aləmində tanıtmasından, Səmərqənddən Təbrizə, Marağadan Konyaya qədər hər bir sənətkarın bu görkəmli memarın sənət nümunələrindən ilham almasından keçirdiyi fəxarət hissini duyuram. Şərqdə ilk dəfə qadının adına ucaltdığı Möminə xatın türbəsinin baştağında kufi xətti ilə yazdığı “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar” sözlərini yada salaraq, biz gəncləri də ulu babalarımız kimi özümüzdən sonra iz buraxmağa səsləyir.

“Atababa günbəzi” adı ilə tanınan 1162-ci ildə ucaltdığı Yusif Küseyir oğlu türbəsinin həndəsi biçimi və gözəl harmonik quruluşunu böyük zəhmət hesabına ərsəyə gətirdiyini, türbənin kitabəsinə həkk etdirdiyi “şeyxlərin başçısı” sözlərini xatırladaraq Yusif Küseyir oğlunun şəhərdə yaşayan, ali ruhani təbəqəsinə və həmin vaxt Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif sufi təriqətlərinə məxsus xanəgahların başçılarına rəhbərlik etdiyini bildirir. Cümə məscidini inşa etməsini Naxçıvanda İslam dininin yayılması ilə əlaqələndirir, insanları düzgünlüyə, doğruluğa səsləyən, müqəddəs məramlar aşılayan bu dinə etiqadın yaşadığı dövrdə daha da çoxaldığını deyir. Əcəmi seyrəngahına tez-tez üz tutan gənc memarlarla, miras qoyduğu abidələrin önündə dayanıb molbert arxasında işləyən rəssamlarla böyük qürur hissi keçirdiyini, qarşısındakı beynəlxalq tədbirlərə ev sahibliyi edən Heydər Əliyev Sarayının, buradakı Heydər Bulağının, Naxçıvan Müəllimlər İnstitutu binasının da şəhərin memarlıq üslubuna, əsrarəngiz görünüşünə əlavə rəng qatdığını söyləyir.

Bəhruz Kəngərli adına Rəssamlar Parkındayam. Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına malik olan görkəmli rəssam Bəhruz Kəngərlinin heykəli önündə sənətkarın yaradıcılıq dünyasına səyahət edirəm. Böyük sənətkarın orta əsr miniatür sənətindən realizmə keçid edərək bununla da yeni boyakarlıq məktəbini yaratmasından, təsviri sənəti təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirməsi prosesindən danışır mənə bu abidə. Görkəmli rəssamın ustalıqla işlədiyi erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirən “Qaçqınlar” silsiləsindən, eləcə də tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi özündə təcəssüm etdirən, poetik çalarlarla kətan üzərinə köçürdüyü “Möminə xatun türbəsi”, “İmamzadə”, “Şəhər məscidi”, “Əshabi-Kəhf”, “Nuhun qəbri” əsərlərindən bəhs edir. Ümummilli liderimiz Heydər Əliyevin “Bəhruz Kəngərli nadir istedada malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur” sözlərini onun sənətinə verilən ən böyük qiymət kimi dəyərləndirir. Müasir dövr Naxçıvan rəssamlığından da söhbət açaraq bu gün qədim diyarın gözəlliyini özünəməxsus elementlərlə kətan üzərində canlandıran, təsviri sənət adamlarının fəaliyyətini, Bəhruz Kəngərli irsinin yaşadılmasını təqdir edir.

“Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyan Cəlil Məmmədquluzadəyə ucaldılan abidə mənə görkəmli maarifpərvər insanın Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsindən, təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyalarından danışır. Müəllifi olduğu, ona xalq məhəbbəti gətirən, beynəlxalq aləmdə böyük nüfuz qazandıran jurnalda dərc etdirdiyi satirik məqalələrə, felyetonlara görə Çar hökuməti tərəfindən tez-tez məhkəmə məsuliyyətinə cəlb edilməsini, dəfələrlə təqib olunmasını ürəkyanğısı ilə dilə gətirir. “Ölülər” dramında geriliyi, avamlığı, cəhaləti, “Anamın kitabı”nda milli ruhun müqəddəsliyini, doğma ana dilinin paklığının qorunması məsələsini qabartdığını, “Qurbanəli bəy”də mülkədar nəslinin qəddarlığını, camaata laqeyd münasibət göstərdiyini, “Dəli yığıncağı”nda “dəli kimdir?” fəlsəfi sualı ilə o dövrdəki cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkdiyini deyir. Yaşayıb-yaratdığı doğma Naxçıvanında, eləcə də adını daşıdığı Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir vaxtlar görmək arzusunda olduğu tamaşaların göstərilməsini, səhnənin bacarıqlı, istedadlı, canlandırdığı obrazı yaşayan və yaşadan sənət adamlarının ixtiyarına verilməsini alqışlayır.

1990-cı il yanvarın 19-da mənfur düşmən gülləsinə tuş gələn şəhid İdris Məmmədovun abidəsi önündəyəm. Şəhidimin məğrur baxışları cəbhə yoldaşları ilə birgə erməni birləşmələrinə qarşı apardığı mübariz döyüşdən söhbət açır, torpağımızın yağılardan qorunmasına, əmin əllərdə olduğuna sevinir, tez-tez ziyarətinə gələn gənclərimizin vətənpərvərliyindən qürur duyduğunu deyir. Abidə bir neçə dəqiqəlik ağrılı-acılı müharibə illərinə qaytarır məni, Sədərəyin etibarlı müdafiəsində, doğma ana yurdumuzun göz bəbəyi kimi qorunmasında səngərdə döyüş aparan cəsur oğulların şücaətləri ilə yanaşı, dahi siyasətçi Heydər Əliyevin də misilsiz xidmətləri olduğunu vurğulayır, Sədərək-Dilucu ümid körpüsünün açılması ilə Vətən yolunda şəhid olan oğulların da ruhuna rahatlıq gəldiyini söyləyir. Daha o çətin, məşəqqətli illər arxada qalıb, indi güclü bazaya malik nizamlı ordumuz var, paradlarda, təlimlərdə atılan top mərmilərinin səsini duyduqca yurdumun gələcəyinə inamım daha da çoxalır, - deyir döyüşdə olduğu kimi yenə də dik, mübariz dayanan şəhidim. Dillərdə dastan olan Günnüt əməliyyatı barədə, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədə igid oğullarımızın qəhrəmanlıqlarından danışmağa isə saatlar bəs etməz, bütün şəhidlərimiz kimi mənim də o vaxtdan bəri sevincimin həddi-hüdudu yerə-göyə sığmır, - söyləyir.

Şəhərimizin möhtəşəm guşəsində əzəmətlə ucalan xalqımızın ulu öndəri Heydər Əliyevin büstü qarşısında düşüncələrə dalıram. Bəli, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda qazanılan uğurlar, insanlara bəxş olunan firavan yaşayışın təməlində məhz görkəmli dövlət xadiminin əsasını Naxçıvanda qoyduğu uzaqgörən siyasət, həyata keçirdiyi islahatlar, icrasına başladığı layihələr dayanır. Dahi şəxsiyyətin ölkəmizə hər iki rəhbərliyi dövründə gördüyü böyük işlər, xüsusilə də dünyaya göz açıb böyüdüyü, təhsil aldığı, canı qədər sevdiyi Naxçıvanı üçün atdığı addımların nəticəsi xronoloji ardıcıllıqla hafizəmdə sıralanır. Müdrik insan dəfələrlə muxtar respublikaya bağlılığını dilə gətirmişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”. Naxçıvan sakinləri ilə söhbəti zamanı söylədiyi bu dəyərli sözlər Ulu Öndərin məhz qədim diyara olan sonsuz sevgisinin növbəti təzahürü idi. Ümummilli Liderin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirlərinin reallığını isə bu gün Ali Məclis Sədrinin həyata keçirdiyi böyük işlər nəticəsində firavanlıq içində yaşayan hər bir naxçıvanlı görür və dərindən dərk edir, muxtar respublikanı qarış-qarış gəzdikcə hər addımda artan yüksəlişin, böyük inkişaf proseslərinin şahidi oluruq. Ümummilli Liderimizin siyasi xəttinin yolumuzu aydınladan nuru hələ neçə əsr bundan sonra da parlaqlığını, dəyərini itirməyəcək, qədirbilən xalqın öz xilaskarı üçün qurduğu mötəbərlik mərtəbəsi hər zaman belə yüksək nöqtədə dayanacaq.

Qısa ekskursiya zamanı müxtəlif guşələrdə ucaldılan, ayrı-ayrı tarixi dövrləri, fərqli sahələri təcəssüm etdirən daş abidələr mənə Oğuz yurdunun keçmişindən, bu günündən söhbət açır. Əgər siz də ululardan ulu, qədim soykökünə malik bu diyar haqqında öyrənmək istəsəniz, şəhərimizin daş abidələrinin səsinə qulaq verməniz yetər...

 

Nail Əsgərov

“Şərq qapısı” qəzetinin əməkdaşı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb