SİYASƏT
Ulu Öndər həmişə gənclərin himayədarı olmuşdur
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan dövlətçiliyinin bərqərar edilməsində misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev nəinki xalqımızın, həm də bütün dünyanın etiraf etdiyi dahi şəxsiyyətlərdəndir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə dahi rəhbərin ruhuna ehtiramını bildirmək üçün mayın 10-da Fəxri xiyabana gələn gənc nəslin nümayəndələrindən biri də şəhər sakini Ziyadxan Rüstəmovdur.
O, AZƏRTAC-a müsahibəsində demişdir ki, xalqımız tərəfindən xatirəsi qürurla anılan ümummilli liderimiz Heydər Əliyev gənclərə daim qayğı ilə yanaşmışdır. Böyük öndər onların şəxsiyyət kimi yetişməsinə, milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə xüsusi önəm vermişdir. Respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclərin himayədarı olmuş, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində öz əməyini əsirgəməmişdir.
Həmsöhbətimiz onu da əlavə etmişdir ki, bu gün sağlam əqidəli gənc nəslin yetişdirilməsi dövlətimizin siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.