Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir

Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir

Bakı, 18 aprel, AZƏRTAC

Hər bir xalqın tarixən qarşıya qoyduğu dövlətçilik ideallarına qovuşması, strateji milli hədəflərə doğru inamla irəliləməsi hansısa ekstremal şəraitdə önə çıxan, mütərəqqi siyasi baxışları ilə insanları ətrafında birləşdirməyi bacaran siyasi xadimlərin yüksək idarəçilik keyfiyyətləri sayəsində mümkün olub. Anadan olmasının 100 illiyi təkcə Azərbaycanda deyil, digər ölkələrdə də silsilə anım tədbirləri ilə qeyd edilən Ümummilli Lider Heydər Əliyev XX əsrdə xalqımızın dünya tarixinə və siyasi səhnəsinə bəxş etdiyi böyük şəxsiyyətlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamında Ulu Öndərin xalq və dövlət qarşısındakı xidmətləri xüsusi vurğulanır: “Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Siyəzən Rayon Məhkəməsinin sədri Bəylər Ələkbərovun “Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş mənafeyinə xidmət edən məhkəmə-hüquq islahatlarının müəllifidir” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ulu Öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü, gücü və qüdrəti onun ideyalarının təkcə milli inkişaf təmayüllərini deyil, ümumən cəmiyyətdə hər bir fərdin maraq və mənafelərini özündə ehtiva etməsi ilə şərtlənir. Ümummilli Lider siyasi fəaliyyətinin hər iki mühüm mərhələsində dövlətçilik sütunlarının möhkəm iqtisadi, siyasi, hüquqi və mənəvi təməllər üzərində qurulmasına, cəmiyyətin milli hədəflər ətrafında birləşməsinə çalışmaqla yanaşı, insan və şəxsiyyət amilinin sosial-hüquqi statusunu da daim uca tutub. Ədaləti, haqqı və qanunun aliliyini üstün tutan kamil şəxsiyyət olan Heydər Əliyev yaxşı bilirdi ki, hər bir dövlətin, cəmiyyətin dayanıqlı, sağlam bazis üzərində inkişafı insan və vətəndaş hüquq-azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılmasından keçir.

Ulu Öndər Heydər Əliyev Azərbaycana 1969-1982-ci illəri əhatə edən birinci rəhbərliyi dövründə keçmiş ittifaqın formalaşdırdığı ideoloji-siyasi, hüquqi baryerləri əzmlə aşaraq, vətəndaş hüquqlarının yüksək səviyyədə qorunmasına çalışır, insanları narahat edən neqativ hallara qarşı əzmkar mübarizə aparırdı. Həmin illərdə korrupsiya, dövlət əmlakının mənimsənilməsi və digər hüquqazidd hallara qarşı barışmaz mübarizə aparan Ümummilli Lider Heydər Əliyev vətənpərvər düşüncəli ziyalıları - yaradıcı fəaliyyətləri ilə milli özünüdərkin inkişafına təkan verən ictimai xadimləri, elm və ədəbiyyat adamlarını, tarixçiləri, dövlət məmurlarını keçmiş ittifaqın təzyiqlərindən, repressiv addımlarından qorumağı bacarmışdı.

Respublika rəhbəri hüquq sistemində müstəsna yeri olan Ədliyyə Nazirliyinin 1970-ci ildə yenidən təsis edilməsi, daxili işlər və prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılması ilə paralel şəkildə hüquq təhsilinin inkişafını da diqqət mərkəzində saxlayırdı. Ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin kasıb və imtiyazsız təbəqənin övladları üçün əlçatmaz olmasından narahatlıq keçirən Heydər Əliyev bu sahədə şəffaf mexanizmin tətbiqini nəzərdə tutan sərəncam imzalamış, hüquqşünas kadr hazırlığı işini nəzarətinə götürmüşdü.

Ulu Öndər Heydər Əliyev sonralar - müstəqil Azərbaycana rəhbərliyi dövründə bu qərarı ilə bağlı deyirdi: “Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, “Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi”.

Ulu Öndər Heydər Əliyevin 1981-ci ildə “Literaturnaya qazeta”da dərc olunmuş “Qoy, ədalət zəfər çalsın!” sərlövhəli müsahibəsi isə bütövlükdə keçmiş ittifaqda böyük səs-küyə səbəb olmuş, ozamankı rejimin qüsur və nöqsanlarını, insan hüquqlarının müdafiəsi sahəsindəki boşluqları, vəziyyətdən çıxış yollarını göstərmişdi. Ümummilli Lider Heydər Əliyev bu gün də yeni dövrün çağırışlarına cavab verən mütərəqqi məhkəmə-hüquq hüquq islahatlarının bünövrəsini qoyan, ölkədə hüquqi dövlət ideyasının praktik şəkildə gerçəkləşdirilməsi üçün siyasi iradə nümayiş etdirən böyük strateq kimi ehtiramla xatırlanır. Ulu Öndərin bu sahədə ilk mühüm addımlarından olan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanı ölkədə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, cinayətkarlığın bütün forma və təzahürlərinə, rüşvətxorluq və korrupsiya kimi neqativ hallara qarşı səmərəli mübarizənin təşkilinə, hüquq-mühafizə orqanlarının uzunmüddətli dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradıb.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanması məqsədilə xüsusi komissiyanın yaradılması, bu prosesdə görkəmli hüquqşünasların və ictimaiyyət nümayəndələrinin iştirakının təmini və nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbulu Ümummilli Liderin milli dövlətçilik qarşısında böyük tarixi xidmətlərindən biri kimi qeyd olunmalıdır. Siyasi, iqtisadi və hüquqi sistemin, dövlət idarəetməsinin modernləşməsi prosesində yeni mərhələnin əsasını qoyan ilk milli Konstitusiyamızın müddəalarının üçdəbirinin insan hüquq və azadlıqları ilə bağlı olması onun demokratikliyini, beynəlxalq konvensiyalara cavab verdiyini bir daha təsdiqləyir.

Əsas Qanun hakimiyyət bölgüsü prinsipi ilə yanaşı, məhkəmə hakimiyyətinin fundamental əsaslarını da özündə ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına inzibati və məhkəmə təminatı verir. Əsas Qanunun VII fəslində isə hakimiyyət bölgüsü prinsipinin mühüm şərtlərindən biri kimi məhkəmə hakimiyyətinin müstəqilliyi birmənalı təsbit edilib. Konstitusiyanın 125-ci maddəsinin (Məhkəmə hakimiyyətinin həyata keçirilməsi) birinci bəndinə əsasən, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Qeyd olunan fəsildə hakimliyə aid tələblər; hakimlərin müstəqilliyi; toxunulmazlığı; ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri; məhkəmə qərarları və onların icrası; habelə, üçpilləli məhkəmə instansiyası ilə əlaqədar ümdə prinsiplər əksini tapıb.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ilə ölkədə məhkəmə hakimiyyətinin fəaliyyətinin yeni ictimai-iqtisadi formasiyanın tələblərinə uyğun müasirləşdirilməsi, habelə mütərəqqi dünya təcrübəsinə əsaslanan modeldə formalaşdırılması prosesinə başlanılıb. Ulu Öndər Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyasının hazırladığı “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” və digər qanunlar ölkədə məhkəmə-hüquq islahatları sahəsində ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına imkan yaradıb.

Konstitusiyaya, habelə 1998-ci il qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq respublikada birinci instansiya, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sisteminin yaradılması insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılmasına imkan yaradıb. Üçpilləli məhkəmə sistemi işlərə birinci məhkəmə instansiya qaydasında baxılması, bundan sonra hüquqa və fakta görə apellyasiya qaydasında yoxlanılması və nəhayət, çıxarılan qərarlara hüquqa görə kassasiya qaydasında yenidən baxılması, eyni zamanda, hər kəsin hüquq və azadlıqlarının məhkəmələrdə müdafiəsi, məhkəmə qərarlarından şikayət vermək hüququnun təminatı baxımından əhəmiyyətli olub. Məhkəmə hakimiyyəti üzərində keçmiş ittifaq dövründən qalmış nəzarət mexanizmlərinin aradan qaldırılması, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin seçilməsi səlahiyyətinin məhkəmələrə verilməsi, istintaqa məhkəmə nəzarətinin təmini, eləcə də təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququnun müəyyən edilməsi də fundamental yeniliklər sırasında qeyd olunmalıdır.

Həmin dövrdə aparılan məhkəmə-hüquq islahatları, eyni zamanda, peşəkarlığı, yüksək hüquqi bilik və təcrübəsi ilə yeni dövrün tələblərinə cavab verən peşəkar hakim korpusunun formalaşdırılmasını təmin edib. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 17 yanvar tarixli “Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Fərmanı bu sahədə şəffaflığın təmini məqsədinə xidmət edib. Fərman əsasında görülmüş tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında - test üsulu ilə seçilib, hakim korpusunun 60 faizi təzələnib.

Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında 2002-ci il 24 avqust tarixində keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qisminin məhkəmə hakimiyyəti ilə bağlı olmasını da xüsusi vurğulamaq lazımdır. Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddələrinin yeni redaksiyada verilməsi, prokurorluğun məhkəmə prosesində iştirakının cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılması, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyasının ləğvi, ona yalnız kassasiya instansiyası statusunun verilməsi də əhəmiyyətli yeniliklərdən olub.

Bu islahatları 2003-cü ildən yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev məhkəmə orqanlarının cəmiyyətdəki nüfuzunun və layiqli yerinin təmin edilməsinə çalışır. Ötən 20 ildə “Məhkəmələr və hakimlər haqqında” qanunun əsaslı şəkildə yenilənməsi, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanunun və digər mühüm sənədlərin qəbulu keyfiyyətcə yeni mərhələdə məhkəmə hakimiyyətinin özünüidarə imkanlarını genişləndirib.

2005-ci ilin fevralından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurasının reallaşdırdığı kompleks tədbirlər də məhz bu mərama xidmət edərək, məhkəmələrin fəaliyyətinin davamlı olaraq müasirləşdirilməsinə imkan yaradıb. Şuranın səmərəli fəaliyyəti ötən dövrdə hakim korpusunun yenilənməsi və sağlamlaşdırılması, məhkəmə icraatına hər hansı məhdudiyyət və müdaxiləyə yol verilməməsi, hakimlərin təhlükəsizliyinin təmini, sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlərdə tədbirlərin uğurla reallaşdırılmasına yönəlib.

Ümumiyyətlə, son 20 ildə ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlar miqyası, mütərəqqiliyi və səmərəli nəticələri ilə inqilabi xarakter kəsb edib. Dövlətimizin başçısı İlham Əliyevin 2006-cı il 19 yanvar və 2010-cu il 15 iyul tarixli fərmanları əsasında yaradılmış ixtisaslaşmış və regional məhkəmələr vətəndaşların, eləcə də regionlarda yaşayan əhalinin hüquqi mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edib. Bundan əlavə, bölgələrdə yaşayan insanların məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması məqsədilə 2006-cı ildə Apellyasiya və İqtisad məhkəmələrinin əvəzinə 6 regional Apellyasiya, habelə 3 yerli İqtisad məhkəməsi təşkil edilib. Ağır Cinayətlər Məhkəməsinin əvəzində bölgələrdə yeni regional ağır cinayət məhkəmələri yaradılıb, onların ümumi sayı 5-ə çatdırılıb, o cümlədən hərbi məhkəmə sistemi təkmilləşdirilib. 2011-ci ildən 7 bölgədə yeni inzibati məhkəmələrin fəaliyyətə başlaması isə dövlət orqanları tərəfindən insan hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədinə xidmət edib.

Son 20 ildə respublika üzrə hakim ştatlarının sayı iki dəfədən çox artırılaraq 800-ə çatdırılıb, məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılıb, hakimlər üçün köməkçi ştatı ayrılıb, məhkəmə orqanlarının infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. “Elektron məhkəmə” informasiya sistemi, habelə mübahisələrin məhkəməyə qədərki həlli mexanizmi - mediasiya institutu yaradılıb, cəza siyasətinin humanistləşdirilməsi tədbirləri diqqət mərkəzində olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı isə mütərəqqi islahatların davamına təminat yaradaraq məhkəmə sistemində kompleks tədbirlərin reallaşdırılmasına hüquqi zəmin yaradıb. Fərmanda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində hakimlərin sayı 200 ştat vahidi artırılıb, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılması məqsədilə ölkə yeni regional kommersiya və inzibati məhkəmələrin yaradılması təmin edilib, habelə digər bir sıra zəruri tədbirlər reallaşdırılıb.

Müasir dövrdə məhkəmə-hüquq islahatları insan hüquq və azadlıqlarının təmini baxımından davamlı proses kimi dəyərləndirilir, zamanın aktual çağırışlarına uyğun olaraq yenilənir, ictimai gözlənti və tələbləri özündə ehtiva edir. Əminlikdə deyə bilərik ki, Ulu Öndərin əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını müasir dövrün tələblərinə uyğun davam etdirən, yeni çalarlarla zənginləşdirən Azərbaycan Prezidenti İlham Əliyev insan amilini və vətəndaş mənafeyini daim uca tutur. Dünyanın müasir inkişaf trendlərinə adekvat olaraq reallaşdırılan məhkəmə-hüquq islahatları Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsini də təmin edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi