Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, “Səs" qəzetinin redaksiyasında təşkil edilən tədbir ulu öndər Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasında Prezident seçilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına həsr edilib.

Tədbiri giriş sözü ilə açan “Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və çətin sınaqlarından uğurla çıxararaq uzaqgörənliyi, fədakarlığı, müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmləndirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev şəxsiyyətinin nəticələridir.

Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi üçün gördüyü misilsiz işlərdən danışan B.Quliyev bildirib ki, Ümummilli Lider öz xalqını çox sevirdi və milli mənsubiyyətinə çox sadiq idi. “Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin layiqli varisi olduğunu sübut etdi və ata vəsiyyətini yerinə yetirdi”, - deyə Bəhruz Quliyev vurğulayıb.

Milli Məclisin İntizam Komissiyasının sədri, iqtisad elmləri doktoru Eldar İbrahimov diqqətə çatdırıb ki, bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyev özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazanıb. Ümummilli Liderin Azərbaycan xalqı üçün gördüyü işlərdən danışan E.İbrahimov 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsindən məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanda “Şuşa İli”ndən sonra “Heydər Əliyev İli”nin qeyd edilməsi əlamətdar hadisədir. Qarabağı, Şuşanı azad görmək ulu öndər Heydər Əliyevin ən böyük arzusu idi”.

Qeyd olunub ki, sentyabrın 3-ü müstəqil Azərbaycanın tarixində ən əsas və önəmli yerlərdən biridir, Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsəydi, Naxçıvan və Azərbaycanın gələcək taleyi hələ də müəmmalı idi. 1990-cı il iyul ayının 22-də Heydər Əliyevin Naxçıvana gəlməsi, elə həmin il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan Bayrağının qaldırılması böyük hadisə idi.

Ulu Öndərin müstəqil Azərbaycanın qurucusu olduğunu bildirən Milli Məclisin İntizam Komissiyasının sədri müstəqil və suveren Azərbaycanın Ümummilli Liderin indiki və gələcək nəsillərə əmanəti olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndər Azərbaycanın çətin dövründə xalqın xilaskarı və müstəqilliyimiz üçün dayaq olub. Xalq çətin vəziyyətdə nicat yolunu məhz ulu öndər Heydər Əliyevdə gördü. Təsadüfi deyil ki, onun yenidən hakimiyyətə gəldiyi gün Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd olunur.

1993-cü il oktyabrın 3-ü tarixinin Azərbaycanın müstəqillik tarixinin xüsusi günlərindən biri olduğunu diqqətə çatdıran Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məhz Ulu Öndərin xidmətləri və əsasını qoyduğu siyasət sayəsində Azərbaycanın regionda aparıcı aktorlardan birinə çevrildiyini vurğulayaraq deyib. “Biz bu dahi şəxsiyyəti ehtiramla anırıq. Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də bir nəfər kimi öz xilaskarına səs verdi. Çünki xalq ona inanır və etibar edirdi”.

Bahar Muradova vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri bitib-tükənmir.

Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, Ulu Öndər əməlləri, sözləri ilə örnək olan və arxasınca böyük bir xalqı aparmaq qabiliyyətinə malik bir şəxsiyyət idi. “Bizim hər birimiz ona borcluyuq. Əgər biz bu gün varıqsa, dövlətimiz varsa, dövlətçiliyimiz varsa, bütün bunlara görə Ulu Öndərə borcluyuq. Bu gün onun irsini qoruyaraq olduğu kimi gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”, - deyə deputat vurğulayıb.

Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü professor Amin İsmayılov vurğulayıb ki, biz Ulu Öndərin yüzilliyinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü və Şuşanı hədiyyə etdik. Ulu Öndərin ruhu indi şaddır. “Gənclərimizdə müqəddəs bayrağımıza, dövlət atributlarına sevgi o qədər böyükdür ki, məhz bu amil Vətən müharibəsində önəmli rol oynadı”, - deyə A.İsmayılov qeyd edib.

Digər çıxış edənlər müasir gəncliyin inkişafında Ulu Öndərin misilsiz rolunu vurğulayıb, bu gün ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan danışıblar.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO