Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümü

Astara, 10 may, Bağır Əliyev, AZƏRTAC

Mayın 10-da ölkəmizin cənub bölgəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən anım mərasimləri böyük rəhbərə olan sonsuz məhəbbət və ehtiramın parlaq təcəssümünə çevrilib.

Həmin gün Astara şəhərinin mərkəzi meydanı bayramsayağı bəzədilmişdi. Buraya axın-axın insanlar gəlir, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış abidəsini ziyarət edirdilər.

AZƏRTAC xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, yaşlı nəslin və gənclərin nümayəndələri, ictimaiyyətin təmsilçiləri, şəhər sakinləri Ulu Öndərin abidəsi önünə əklillər və gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasim iştirakçıları Astara şəhərindəki Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Tədbir rayon icra hakimiyyətində Ulu Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi-praktik konfransla davam edib.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Qeyd olunub ki, ölkəmizdə, o cümlədən Astara rayonunun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində Ümummilli Liderin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi böyük rəhbərə olan ümumxalq məhəbbətinin təzahürüdür.

Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevrilib. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı kimi əbədiləşib. Bütün mənalı ömrünü xalqının və Vətəninin inkişafına sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb. Təcrübəli dövlət xadimi zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynayıb, bizə bugünkü müstəqil Azərbaycanı ərməğan edib.

Toplantıda rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə bağlı məruzəsi dinlənilib.

Elmi-praktik konfransda Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, “Astara” qəzetinin baş redaktoru Fəridə Ocaqova, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəmiz üçün misilsiz işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini bildiriblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” respublika müsabiqəsində üçüncü yerə layiq görülmüş Astara şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Leyla Əliyevaya rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə verilib.

X X X

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Lənkəran şəhərində Ulu Öndərin adını daşıyan xatirə parkında əsl xalq coşqusu və izdiham yaşanıb. Minlərlə rayon sakini buraya gələrək böyük rəhbərə hörmət və məhəbbətlərini ifadə ediblər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Lənkəranda keçirilən ağacəkmə aksiyasında rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

Həmin gün Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin mənalı ömür yolundan bəhs edən sənədli film nümayiş etdirilib, Lənkəran Regional Müalicə-Diaqnostika Mərkəzində talassemiyalı xəstələrə yardım məqsədilə qanvermə aksiyası keçirilib.

X X X

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Masallıda da böyük təntənə ilə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mayın 10-da minlərlə rayon sakini Heydər Əliyev Parkına gələrək böyük rəhbərə olan sonsuz sevgi və məhəbbətlərini nümayiş etdiriblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, müharibə və əmək veteranları, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Mərasimdə məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbir ağacəkmə aksiyası ilə davam edib.

X X X

Mayın 10-da Lerikdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar keçirilən anım mərasimində minlərlə rayon sakini iştirak edib.

AZƏRTAC xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edərək, önünə tər gül-çiçəklər düzüblər.

Həmin gün rayonda keçirilən ağacəkmə aksiyası zamanı Heydər Əliyev və Bayraq meydanlarında, “Şəhidlər” abidə kompleksində, Lerik şəhərinin park və xiyabanlarında, Lənkəran-Lerik magistral avtomobil yolunun 50-56-cı kilometrliyində, Lerik-Qosmalian-Kəlvəz, Noda-Şingədulan-Xanəgah, Piran-Hamarat-Vijaker avtomobil yollarının kənarında, rayonun idarə, müəssisə və təşkilatlarının həyətlərində və ərazi icra nümayəndəliklərinə məxsus torpaq sahələrində 2800 ədədə yaxın müxtəlif növ ağac və gül kolu əkilib.

X X X

Cəlilabadda da ulu öndər Heydər Əliyevin xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, dahi rəhbərin anadan olmasının 94-cü ildönümü münasibətilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbir Heydər Əliyev Mərkəzində davam edib. Toplantıda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Ümummilli Liderin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışaraq, Azərbaycan dövlətçiliyinin bərpasında və möhkəmlənməsində böyük rəhbərin müstəsna xidmətləri olduğunu bildirib.

Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikasının memarı olan Heydər Əliyev ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarıb, geniş islahatların keçirilməsində, “Əsrin müqaviləsi”nin bağlanmasında böyük əmək sərf edib, gənc dövlətimizin beynəlxalq nüfuzunun artmasında misilsiz xidmətlər göstərib.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla, dönmədən davam və inkişaf etdirilir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad Rayon Ağsaqqallar Şurasının üzvü Ədalət Əsgərov və başqaları Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıblar.

Həmin gün rayonda keçirilən ağacəkmə aksiyasında Bakı-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsi boyunca 2500-dən çox müxtəlif növ ağac əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir