SİYASƏT
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİRARƏT
Bakı, 17 iyun (AZƏRTAC). Ölkəmizdə səfərdə olan Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz və “Hürriyyət Daily News” qəzetinin baş redaktoru Deyvid Cadson iyunun 17-də Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı önünə tər çiçəklər düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülmüş, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyulmuşdur.
Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.