UNEC-in tələbələri Azərbaycan Milli Kulinariya Assosiasiyasında işlə təmin olunacaqlar
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əmtəəşünaslıq fakültəsində qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr ölkənin nüfuzlu qida sektorlarında təcrübə keçirlər.
UNEC-in müvafiq struktur və təcrübə rəhbərləri istehsalat təcrübələrini Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA), Avrora MMC-nin nəzdində fəaliyyət göstərən “Rosko” kolbasa sexi və “Doymak” makaron fabrikində keçən tələbələrin təcrübəsinin təşkili ilə tanış olublar.
UNEC-in qida məhsullarının texnologiyası kafedrasının müdiri, dosent Mehriban Məhərrəmova tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Təcrübəçilər müəssisələrin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, keyfiyyəti, tətbiq olunan müasir avadanlıqlar barədə ətraflı məlumat veriblər. Onlar UNEC tələbələrinin təcrübədə çox fəal iştirak etdiyini bildiriblər.
UNEC-in tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirən AMKA-nın prezidenti Tahir Əmiraslanov təcrübədə fəallığı və bacarığı ilə seçilən tələbələrin Milli Kulinariya Assosiasiyasında işlə təmin olunacaqlarını deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]