Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir YENİLƏNİB 2 VİDEO

Bir sıra ölkələrin mədəni irs nümunələri UNESKO-nun siyahısına salınıb

Bakı, 6 iyul, AZƏRTAC

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 6-da öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev dünənki iclasda 8 nominasiyanın UNESKO-nun Dünya İrs Siyahısına salındığını xatırladıb. Əlavə edib ki, bu gün də yeni nominasiyalar sıyahıya daxil ediləcək. “Bizi qarşıda gərgin müzakirələr gözləyir”, - deyə nazir bildirib.

Sessiya öz işinə Bəhreynin Dilmun kurqanları ilə bağlı nominasiyanın müzakirəsi ilə başlayıb. Bildirilib ki, Dilmun çox əhəmiyyətli bir ticarət yolu idi. Özünün inkişaf mərhələsində Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanının ərazilərini əhatə edirdi.

Avstraliya, Çin, Küveyt və İspaniya nümayəndələri hazırlanmış faylı yüksək qiymətləndirib və Bəhreynin Dilmun kurqanları UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sonra Avstraliyanın Buc Bim mədəni landşaftı nominasiyası müzakirə edilib. Macarıstan, Çin, Norveç, İspaniya və digər üzv ölkələrin nümayəndələri 660 min il yaşı olan bu mədəni landşaftla bağlı hazırlanmış faylı yüksək dəyərləndiriblər və bu nominasiya UNESKO-nun siyahısına daxil edilib.

Növbəti müzakirə Cinin təqdim etdiyi Lyançju şəhərindəki arxeoloji qalıqlarla bağlı olub. Bildirilib ki, burada tapılan arxeoloji tapıntılar Çin sivilizasiyasının mənşəyini öyrənməyə yaxşı imkan yaradır. Üzv dövlətlər tərəfindən 5 min il yaşı olan Lyançju şəhərinin tarixi irsinin qorunmasının vacibliyi vurğulanıb. Müzakirələr nəticəsində qədim Çin sivilizasiyasının bu nümunəsi Dünya İrs Siyahısına salınıb.

Daha bir nominasiya Hindistanda yerləşən Caypur şəhəri ilə bağlı olub. Bu şəhər hindu sivilizasiyasının qalıqlarını özündə əks etdirir. Divarlarla əhatə olunmuş köhnə şəhərin memarlığında çəhrayı qum daşından çox istifadə edildiyi üçün Caypur “çəhrayı şəhər” kimi məşhurdur. Onun düzgün planlaşdırılması qədim Hind memarlığı ənənələrinin davamıdır.

Müzakirələrdən sonra Hindistanın Caypur şəhəri UNESKO-nun siyahısına daxil edilib.

İndoneziyadakı Savahlunto kömür mədəni ilə bağlı nominasiya müzakirə edilərkən bildirilib ki, bu, çox önəmli bir mədəni irsdir. Müzakirələrdən sonra mədən Dünya İrs Siyahısına salınıb.

Günün müzakirə olunan növbəti faylı isə Yaponiyanın “Mozu-Furuichi Kofun Qrupu” (qədim məzarlıq) ilə bağlı olub. Kofun dövrünü əks etdirən bu məzarlıqlar yüksək sosial sinfin nümayəndələri, xüsusilə də imperator ailəsinin üzvlərini dəfn etmək üçün yaradılıb. Bildirilib ki, bu məzarlıq yerli əhali tərəfindən 1500 ildir qorunmaqdadır. Yaponiyanın təqdim etdiyi nominasiya heç bir düzəliş edilmədən UNESKO-nun siyahısına salınıb.

Laos Xalq Demokratik Respublikasının təqdim etdiyi nominasiya “Megalittich Jar Sites of Xienghuang” ərazisi ilə bağlı olub. Məruzəçi düzəlişlə bağlı təklifin olmadığını bildirib və ərazi irs siyahısına salınıb. Laosun nümayəndəsi siyahıya daxil edilən hər bir nümunənin ümumdünya mədəni irsinin bir parçası olduğunu bildirib. O, Azərbaycan dövlətinə təşəkkür edərək Bakı şəhərinin əsrarəngiz gözəlliyindən bəhs edib.

Günün ikinci yarısında sessiyada əvvəlcə ICOMOS Myanmanın “Bagan” nominasiyasını təqdim edib. Bildirilib ki, Myanmada yerləşən Bagan məbədi buddistlərin tarixi məkanıdır. Ərazidə 3595 abidə yerləşir. 1975-ci və 2016-cı illərdəki zəlzələ nəticəsində buradakı bir neçə abidəyə zərər dəyib. Üzv ölkələrin fikirləri dinlənildikdən sonra “Bagan” nominasiyası UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Sonra Koreya Respublikasının Seovon Akademiyası ilə bağlı nominasiya barədə geniş məlumat verilib. Bildirilib ki, bu akademiya XVI-XVII əsrlərdə fəaliyyət göstərib və böyük tarixi ənənə yaradıb. Bu ənənə bu gün müasir təhsil sisteminin də inkişafında mühüm rol oynayır. Akademiya müasir Konfutsi təhsil sisteminin formalaşmasına güclü təsir göstərib. Müzakirələrdən sonra Koreya Respublikasının təqdim etdiyi fayl UNESKO-nun siyahısına daxil edilib.

Müzakirəyə çıxarılan Avstriyanın “Alp dağları yolu” nominasiyası bəzi çatışmazlıqlar səbəbindən qəbul edilməyib. Üzv dövlətlərin nümayəndələri fayla bəzi dəyişikliklərin olmasını zəruri hesab edərək öz tövsiyələrini veriblər.

Sonra Avstriya, Almaniya, Macarıstan və Slovakiyanın təqdim etdiyi “Qədim Roma sərhəd xətti” faylı müzakirə olunub. Bu fayl da bəzi nöqsanlar səbəbindən təsdiq edilməyib.

Kanadanın "Daşlar üzərində yazı" nominasiyasının müzakirələri zamanı bu ərazidə aborigen əhalinin adət-ənənələrinin qorunması ilə bağlı fikirlər səslənib. Çin, Tunis, Avstriya, Avstraliya bu nominasiyanı dəstəkləyib və bu ərazidə qaradərili sakinlərin linqvistik hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Fayl qəbul edildikdən sonra ərazinin qaradərili icmasının nümayəndəsi nominasiya ilə bağlı əlavə addımların atılacağını diqqətə çatdırıb. O, ərazinin qədim mədəni irsinin gələcək nəsillərə çatdırılması üçün atılan bu addıma görə komitəyə minnətdarlığını bildirib.

Növbəti fayl Almaniya və Çexiyanın birgə hazırladığı Erzgebirde Kruştohoni məbədi ilə bağlı olub. Bildirilib ki, 2004-cü ildə bu nominasiya müzakirəyə çıxarılsa da, sonradan geri götürülüb. Sonradan hər iki ölkənin ərazisini əhatə edən bu məbədlə bağlı geniş iş aparılıb. 800 ilə yaxın tarixi olan bu məbəddə ötən dövr ərzində böyük dəyişikliklər olub. 22 bölmədən ibarət bu nominasiya da müzakirə olunduqdan sonra qəbul edilib.

Çexiyanın təqdim etdiyi "Kladrubi və Labem mərasim atlarının təlimi və yerləşdirilməsi" nominasiyası barədə məlumatda bildirilib ki, bu, Habsburq imperiyasının XVI əsrə aid fermer təsərrüfatına aid bir fayldır. Bu ərazi Avropada atçılığın inkişafına öz təsirini göstərib. Müzakirələrdən sonra nominasiya qəbul edilib.

Sonra Almaniyanın hazırladığı “Auqsburq su idarəetmə sistemi” nominasiyası müzakirəyə çıxarılıb. Yeddi əsrdən çoxdur ki, bu sistemdən istifadə edildiyi bildirilib. Fayl 22 elementdən ibarətdir. İkinci Dünya müharibəsi zamanı sistemə müəyyən zərər dəysə də, sonrada bərpa edilib. Müzakirələrdən sonra Almaniyanın təqdim etdiyi fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.

Polşanın "Krzemionki qədim tarix mədən regionu" nominasiyasının müzakirəsində ICOMOS-un verdiyi tövsiyələr dinlənilib. 78 hektar ərazini əhatə edən mədən sistemi tarixi baxımdan da əhəmiyyətli hesab olunub. Polşanın nominasiyası ilə əlaqədar üzv ölkələrin əlavələri, tövsiyələri dinlənilib. Müzakirələrdən sonra fayl qəbul edilib.

Sessiya işini iyulun 7-də davam etdirəcək.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası nominasiyaların təqdimatı ilə davam edir YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək