CƏMİYYƏT
UNICEF-lə BAMF arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
BAMF-ın sədri Umud Mirzəyev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardinlə görüşdə Fondun fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib.
Xatırladaq ki, BAMF-ın həyata keçirdiyi layihələrdən ən vacibi UNICEF-in maliyyə dəstəyi ilə Azərbaycanın 21 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsidir. Bu layihə 3 il ərzində ümumilikdə 1500-dən çox gənci əhatə edərək bölgələrdə qərarların qəbul olunmasında, ekologiya, fərdi inkişaf, işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük dəstək verib.