CƏMİYYƏT
UŞAQLARIN NOVRUZ SEVİNCİ
“Kainat” gənclər mərkəzinin “Ekson Azərbaycan” neft şirkətinin yardımı ilə Nizami adına kinoteatrda keçirdiyi Novruz bayramı şənliklərində uşaq evlərindən, internatlardan, çadır şəhərciklərindən və aztəminatlı ailələrdən olan 1200-dən artıq uşaq iştirak etmişdir.
“Kainat” mərkəzi xalq adət və ənənələrindən istifadə olunmaqla oyun və müsabiqələrdən ibarət əyləncəli proqram hazırlamışdır. “Ekson Azərbaycan” uşaqlara həsr olunmuş müxtəlif tədbirlərdə yaxından iştirak edir. Şirkətin himayəsi ilə ingilis dilini ən yaxşı bilən şagirdlər arasında müsabiqə, fövqəladə hallara hazırlığın yaxşılaşdırılmasına yönəldilmiş oyunlar, Yeni il şənlikləri keçirilir.