ELM VƏ TƏHSİL
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir
Bakı, 25 noyabr, AZƏRTAC
Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.
AZƏRTAC DİM-in saytına istinadla xəbər verir ki, müsahibədə indiyədək 9 nəfər uğur qazanıb. Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 3-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:59]
Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya
- 06.05.2024 [15:53]
BMU məzunları ilə növbəti görüş təşkil olunub
- 06.05.2024 [14:54]
Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var
- 06.05.2024 [13:26]