“VALYUTA TƏNZİMİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 737; 2003-cü il, №1, maddə 1; 2006-cı il, №3, maddə 225; 2007-ci il, №6, maddə 562) 9-cu maddəsinin 6-cı hissəsinin “, valyuta sərvətlərinin nağd çıxarılması zamanı ödənilməli olan rüsumların dərəcəsini isə müvafiq icra hakimiyyəti orqanı” sözləri çıxarılsın.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2007-ci il.