Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Vaşinqtonda keçirilən Smitsonian Folklor Festivalında “Azərbaycan mətbəxi çadırı” ən populyar yer olmuşdur

Vaşinqton, 11 iyul (AZƏRTAC). Vaşinqtonda ABŞ-ın ən böyük mədəniyyət festivalı olan iki həftəlik Smitsonian Folklor Festivalı (Smitsonian Folklife Festival) başa çatmışdır. 1967-ci ildən keçirilən və ABŞ-ın mədəni həyatında mühüm hadisəyə çevrilmiş bu festivalda hər il bir milyona yaxın insan iştirak edir. Smitsonian Folklor Festivalı digər festivallardan nadir formatı ilə seçilir. Smitsonian İnstitutu tərəfindən hər il yerli və beynəlxalq mədəniyyətlərə dair müəyyənləşdirilən üç əsas mövzu üzrə sərgilər ABŞ paytaxtının mərkəzi milli meydanında - Vaşinqtonun abidəsi ilə Kapitoli arasında quraşdırılan ağ çadırlarda nümayiş etdirilir. Beləliklə, iki həftə davam edən festival bütünlüklə açıq havada keçərək yüz minlərlə tamaşaçının burada pulsuz iştirak etməsinə imkan yaradır.

Smitsonian Folklor Festivalına bu il “beynəlxalq dad” gətirən yeganə mədəniyyət Azərbaycana məxsus idi. İki həftə ərzində festival iştirakçıları ABŞ-ın Qarabağ Fondunun tərəfdaşlığı ilə qurulan “Azərbaycan mətbəxi çadırı”na gələrək ləziz yeməklərimizdən dadmışlar. Bununla yanaşı, festivalın əyləncə proqramına xüsusi olaraq “Azərbaycan muğam axşamları” əlavə edilmişdir. Tanınmış kamança ustası İmamyar Həsənov zərb alətləri ifaçısı Pejham Axavas ilə birgə muğam parçaları ifa etmişdir.

ABŞ-dakı Qarabağ Fondunun icraçı direktoru Diana Altman festivalın nəticələri barədə AZƏRTAC-a müsahibə vermişdir.

- Diana xanım, miqyasına görə ABŞ-ın mədəniyyət üzrə “Olimpiya oyunları” adlandırıla biləcək Smitsonian Folklor Festivalı artıq başa çatmışdır. Bu festivalda iştirak təkcə yüz minlərlə insan arasında Azərbaycan mədəniyyətinin təbliği deyil, həm də dünyanın ən nüfuzlu mədəni tədqiqat institutu olan Smitsonian tərəfindən qəbul edilmək deməkdir. Bu uğur münasibəti ilə sizi və Qarabağ Fondunu təbrik edirik. Belə çətin işin öhdəsindən necə gəldiniz?

- Mənə belə gəlir ki, burada şəkillər sözlərdən daha çox danışır. Biz festivalda iştirakımızı əks etdirən yüzlərlə fotonu “facebook” sosial şəbəkəsindəki səhifəmizə yerləşdirmişik. Bütün fotolarda “Azərbaycan mətbəxi çadırı”na və “Azərbaycan muğam axşamları”na gələnlərin simalarında böyük maraq əks olunur. Azərbaycan yeməklərini ilk dəfə dadanların çöhrələrində isə sevinc hissi aydın sezilir. Yayın qızmar istisinə baxmayaraq, Qarabağ Fondunun festivalda işləyən nümayəndələrinin simalarında sonsuz fəxr və sevinc ifadə olunurdu.

- Azərbaycanın belə nüfuzlu tədbirdə iştirakı, xüsusilə də təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinin festivala yeganə “beynəlxalq dad” gətirən mədəniyyət kimi xarakterizə edilməsi böyük nailiyyətdir. Bunu necə bacardınız? Niyə Smitsonian İnstitutu bu il məhz Azərbaycan mətbəxini seçdi?

- Qarabağ Fondu artıq iki il idi ki, Smitsonian İnstitutu ilə danışıqlar apararaq Azərbaycan mədəniyyətini Vaşinqtonun milli meydanında sərgiləndirmək yollarını müzakirə edirdi. Amerikalıları Azərbaycan mədəniyyəti ilə birləşdirmək üçün ləzzətli mətbəxin nümunələri və qida ənənələri barədə söhbətdən yaxşı nə ola bilərdi?

- Festival iştirakçılarından neçə nəfərin “Azərbaycan mətbəxi çadırı”na gəldiyi barədə məlumatınız varmı? Ümumiyyətlə, menyuda təklif edilən kabab, kələm dolması kimi ləziz yeməklərə, “tərxun” və “duşes” sərinləşdirici içkilərinə münasibət necə oldu?

- Ümumiyyətlə, “Azərbaycan mətbəxi çadırı”na gələnlərin hamısı daddıqları yeməklərdən olduqca məmnun qaldılar. Onlar bizdən Azərbaycan yeməklərini daha harada yeyə biləcəklərini soruşur, Vaşinqtonda Azərbaycan mətbəxi restoranının olub-olmaması ilə maraqlanırdılar. Festival yeni bitdiyinə görə qonaqlarımızın dəqiq sayını hələ də hesablayırıq. Lakin Smitsonian İnstitutunun bizə verdiyi məlumata görə, bütün qida köşkləri arasında əksər günlərdə ən çox satış edən məhz “Azərbaycan mətbəxi çadırı” olmuşdur. Smitsonian Folklor Festivalına isə, bildiyiniz kimi, iki həftə ərzində bir milyona yaxın insan gəlir. Təsəvvür edin, gün ərzində nə qədər kabab və dolma bişirmək lazım gəlirdi.

- Bu iki həftə ərzində sizin üçün yadda qalan daha hansı maraqlı məqamlar olmuşdur?

- Mənim üçün ən yadda qalan məqam qonaqlarımızın çadırda işləyənlərin Azərbaycandan olub-olmaması ilə maraqlanmaları idi. Smitsonian Festivalı adətən mədəniyyətin bütün sahələri ilə maraqlanan xüsusi auditoriyanı cəlb edir. Yemək almağa gələnlərin çadırda işləyən azərbaycanlılarla görüşmək istəkləri, onlarla söhbət etmək maraqları göstərdi ki, biz amerikalılar arasında Azərbaycan mədəniyyətinə əsl maraq oyada və anlaşma yarada bilmişik. Bundan başqa, muğam konsertində daha bir yaddaqalan məqam oldu. Kamança ustası İmamyar Həsənovun ifası qonaqları o qədər təsirlənmişdi ki, Fondun sənədli film layihəsi üçün müsahibələr alınanda amerikalı musiqiçilərdən birinin gözləri yaşardı. Təbii ki, belə bir reaksiya qazanmaq hər musiqiçinin, mədəniyyətin təbliği ilə məşğul olan hər insanın arzusudur. Mən özüm də bundan çox təsirləndim. Bu cür hissləri yaşayanda başa düşürəm ki, Qarabağ Fondu Birləşmiş Ştatlardakı missiyasının öhdəsindən gəlir.

- Muğam amerikalı dinləyici üçün tam yad bir musiqidir. Tamaşaçılar festival ərzində keçirilən iki muğam konsertini necə qəbul etdilər?

- Konsertlər böyük rəğbətlə qarşılandı. Auditoriya müxtəlif mənşəli, fərqli maraq dairəsi olan insanlardan ibarət idi. İmamyar Həsənovun və Pejham Axavasın hər ifası tamaşaçıların ayaqüstü alqışları ilə qarşılandı. İfaçıları Fondun adından Vaşinqtonda tanımış musiqi kuratoru təqdim etmişdir. Kurator konsertdən sonra tamaşaçıların ona yaxınlaşıb verdiyi suallardan, bildirdikləri rəylərdən çox məmnun qalmışdır. Smitsonian festivalının nümayəndəsi bizə bildirmişdir ki, həftənin iş günlərində keçirilməsinə baxmayaraq, konsertlərdə çoxlu sayda tamaşaçı iştirak etmişdir. Festivalın incəsənət üzrə rəhbərləri musiqi ifasının keyfiyyətindən və dinləyicilərə bağışladığı təsirdən çox razı qalmışlar.

- Hər gün Azərbaycan mətbəxinin nümunələrini dadmağa gələn minlərlə qonağı razı salmaq üçün çadırınızda çoxlu könüllülər çalışırdı. Onların arasında burada yaşayan icma üzvlərimiz də olmuşdur. Qarabağ Fondunun Smitsonian Festivalında iştirakının icma üzvlərimiz arasında əlaqələrin qurulmasına təsiri oldumu?

- Bu günlər ərzində mən zarafatla deyirdim ki, gərək BMT-nin əməkdaşları Qarabağ Fondunun çadırında işləyən çoxmillətli heyət üzvlərinin biri-biri ilə ünsiyyətindən öyrənsinlər. Burada həm Vaşinqtonda yaşayan Azərbaycan icmasının könüllüləri, həm Fondun əməkdaşları, həm də bizə kömək etmək istəyən Vaşinqton sakinləri qarşılıqlı hörmət, xoş məram və müsbət enerji şəraitində iki həftə qonaqlarımıza xidmət etdilər. Dediyim kimi, bəzi günlər dözülməz istilərə, bəzi günlər izə şimşəkli yağışlara baxmayaraq, onlar müsbət yanaşmalarını qoruya bildilər. Bu iki həftə ərzində komanda üzvlərimiz arasında yeni dostluqların yaranmasını görmək özlüyündə ruhlandırıcı idi. Azərbaycanın icma üzvləri həm çadırın işində, həm də konsertlərdə fəal iştirak edirdilər.

- Belə irimiqyaslı tədbirdə iştirakınızdan sonra özünüz üçün hansı nəticələri çıxardınız?  

- Folklor Festivalında iştirakımız mədəniyyətin gücü və insanların başqa xalqlar haqqında öyrənməyə can atmaları barədə inamımızı daha da möhkəmləndirdi. Qarabağ Fondunun məqsədi məhz belə insanlarla dinamik şəkildə işləməkdir ki, son nəticədə azərbaycanlılar və amerikalılar biri-birilərinin mədəniyyətlərinə yol tapa bilsinlər.

- Diana xanım, Qarabağ Fondu cəmi iki ildir fəaliyyət göstərməsinə baxmayaraq, ABŞ paytaxtında Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan əsas mərkəzlərdən biri kimi tanınır. Belə qısa müddətdə bu qədər geniş tanınmağınız necə mümkün olmuşdur?

- Doğrudur. Bu gün Qarabağ Fondu fəxrlə deyə bilər ki, Vaşinqtonda nüfuzlu Smitsonian İnstitutundan tutmuş ABŞ Konqresinin kitabxanası və bu yaxınlarda Milli Coğrafiya Cəmiyyəti ilə tərəfdaşlıq qurmuşdur və birgə layihələr həyata keçirir. Lakin mən deyərdim ki, fəaliyyətimiz təkcə ABŞ paytaxtı ilə məhdudlaşmır. Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi keçiriləndə biz ABŞ-ın bir neçə şəhərində mədəni proqramlar həyata keçirdik, Boston və Nyu-Yorka getdik. Bu şəhərlərdə gələcəkdə də mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər almışıq. Amma bununla yanaşı, hər həftə Vaşinqtonun beş milyonluq dinləyici auditoriyasını əhatə edən “New World Radio” dalğasında yayımlanan “Azərbaycan radio saatı”nı görün nə qədər insan dinləyir?! Radio proqramlarımız müxtəlif mədəni mövzulara toxunur və hər buraxılış Qarabağ Fondunun internet səhifəsində (www.karabakhfoundation.org) arxivləşdirilir. Minlərlə insan bizim fəaliyyətimizi internetdən, sosial şəbəkələrdən izləyirsə, coğrafi sərhədlərin əhəmiyyəti qalmır. Qısa zamanda bu qədər uğur qazanmağımızda Qarabağ Fondunun Azərbaycan mənşəli könüllüləri və ya bizim adlandırdığımız kimi, “mədəni səfirləri” böyük rol oynamışlar. Onlar öz mədəniyyətlərini amerikalılarla böyük həvəslə bölüşürlər. Bizim Vaşinqtondakı qərargahımıza gəlsəniz görərsiniz ki, oradakı insanların hamısı işə yalnız iş xatirinə deyil, hər gün Azərbaycan mədəniyyətini ABŞ-da bir qədər də tanıtmaq məqsədi ilə gəlirlər. 

Şəfəq Akifqızı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub