REGİONLAR
Vebinarda imtahan öncəsi stresin aradan qaldırılması yollarından bəhs olunub
Zaqatala, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və Göyçay nümayəndəliklərinin birgə təşkilatçılığı ilə “İmtahan öncəsi stresin aradan qaldırılması” mövzusunda vebinar keçirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, vebinarda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, təlimçi Əli Xəlilov və 70-dək gənc iştirak edib.
Vebinar zamanı abituriyentlərə imtahan stresinin aradan qaldırılması yollarından, həyacanı və stresi idarə etmək üçün lazım olan texnikalardan bəhs olunub. Sonda abituriyentlərlə psixoloji test aparılaraq onların stres səviyyəsi ölçülüb və lazımi tövsiyələr verilib.