DÜNYA
Venesiya sakinlərinin 89 faizi İtaliyadan ayrılmağın tərəfdarıdır
Venesiya, 23 mart (AZƏRTAC). Venesiyanın İtaliyadan ayrılması ilə bağlı keçirilən referendumun nəticələri məlum olmuşdur.
Bu şəhərin, eyni zamanda, ətraf Veneto regionunun müstəqil olması məsələsinin səsə qoyulduğu referendumun nəticələrinə əsasən, Venesiya sakinlərinin 89 faizi İtaliyadan ayrılmağın və suverenlik əldə etməyin tərəfdarıdır. Ümumilikdə, seçicilərin 73 faizi səs vermişdir.
Venesiya şəhərinin və ətraf Veneto regionunun "Veneta Respublikası" adı ilə müstəqillik əldə etməsini istəyən yerli sakinlər artıq bir neçə ildir ki, bu məsələni gündəmə gətirirlər. Adıçəkilən ərazilərin sərhədləri daxilində Veneto regionunun beş milyon sakini yaşayacaqdır. Daha sonralar Lombardiyanın, Trentinonun ve Friuli-Venetsiya-Culiya regionlarının bir hissəsinin də bu respublikanın ərazilərinə daxil edilməsi nəzərdə tutulmuşdur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Venesiya