Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vətəndaş məktubları: Cənab Prezident, məğrur duruşunuz, qətiyyətli mövqeyiniz, düşmənə tutarlı cavablarınız bizi çox qürurlandırır

Vətəndaş məktubları: Cənab Prezident, məğrur duruşunuz, qətiyyətli mövqeyiniz, düşmənə tutarlı cavablarınız bizi çox qürurlandırır

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Türkiyənin Alanya şəhərindən Adəm Şimşək yazır: “Çox dəyərli cənab Prezident, mediadan gün ərzində baş verən hadisələri izləyirik. Sizin, çox dəyərli Azərbaycan xalqının, qardaşlarımızın hər zaman yanındayıq. Hər kəs bilir ki, Qarabağ Azərbaycandır. Sizin də dediyiniz kimi, Azərbaycanın mülki erməni xalqı ilə heç bir işi yoxdur. Cəza evində olsam da, könüllərimiz birdir və əmr gözləyirəm. Sizi və hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyirəm. İzniniz və əmriniz olarsa, cəbhənin ən ön xəttində və ehtiyac duyulan istənilən yerdə vuruşmağa hazıram. Bu torpaqlarda mənim kimi daha neçə-neçə insan var. Biz bir millət, iki dövlətik, qardaş xalqlarıq. Türkiyə xalqı mənəvi olaraq hər zaman Azərbaycan xalqının yanındadır. Allah şəhidlərimizə rəhmət eləsin, vuruşan əsgərlərimizə kömək olsun. Cənab Prezident, zəfər yürüşünüz mübarək olsun! Allah Sizin və qardaş Azərbaycan xalqının dayağında dursun, zəfərlər Sizin və bizim olsun. Allaha əmanət olasınız, cənab Prezident”.

Adana şəhərindən Tarık Karataş yazır: “Hörmətli cənab Prezident, Türkiyə Respublikasının 12 il Azərbaycanda yaşamış vətəndaşı kimi hər zaman Sizin həyata keçirdiyiniz uğurlu siyasətin müsbət nəticələrini hər keçən gün yaşayır, görür və qürur duyuruq. Sizdən alacağımız Qələbə xəbərlərini səbirsizliklə gözləyirik. Allah Sizi, Azərbaycan Ordusunun şanlı və şərəfli əsgərlərini, vətənpərvər xalqınızı qorusun. Dualarımız Sizinlədir”.

Niderlandın Leuvarden şəhərində yaşayan soydaşımız Elxan Mirhəşimli: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə Azərbaycanın şanlı ordusunun 27 il sonra mənə yaşatdığı sevincin həddi-hüdudu yoxdur. Doğulduğum Qubadlının işğaldan azad olunmasını eşitdikdə sevinc göz yaşlarımı saxlaya bilmədim. Bir anlıq uşaqlıq və gənclik illərim gözlərimin önünə gəldi, bir zamanlar Qubadlıda keçirdiyim xoş günlərimi, dostlarımı, qohumlarımı xatırladım. Qubadlıda ata-baba evimi görmək və ulu babalarımızın məzarını ziyarət etmək artıq xəyal deyil, real oldu. Öz doğma ata-baba evimizə dönməyi həyəcanla gözləyirəm. Mənim övladlarım Qubadlını görməyib. Onlar da ata-baba torpaqlarını görmək ümidi ilə böyüyüblər. Artıq qayıdış günü gəldi, biz evə qayıdırıq. 20 ildir Niderlandda yaşayıram, tezliklə evimə dönmək istəyirəm. Mən Niderlandda Azərbaycan Evi diaspor təşkilatı yaradaraq, fəaliyyətimi informasiya müharibəsində hər zaman dövlətimizin mənafeyinin qorunması üzərində quraraq, Qarabağ həqiqətlərini yerli ictimaiyyətə və yerli siyasi partiyalara çatdırır, maarifləndirmə aparıram. Bundan sonra işimi daha da fəal davam etdirəcəyəm. İnanıram ki, Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunacaq, Azərbaycanın şanlı bayrağı bütün şəhərlərdə, kəndlərdə dalğalanacaq. Azərbaycan Ordusunun əldə etdiyi uğurlar mənə bir daha cəsarət verir ki, dövlətimizin mənafeyini, haqlarını daha əzmlə qorumaqda davam edim. Təşkilatımız adından və Niderlandda yaşayan Azərbaycan icması adından Sizə təşəkkür edirəm. Var olun! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!”

Bakı şəhərindən Aliyə Təhmasibin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan xalqının hər bir nümayəndəsi kimi cəbhədə baş verənləri ürək döyüntüsü və həyəcanla izləyirəm. Yeni qələbə xəbəri doğma səsinizlə bütün ölkəyə yayılarkən hər birimizin ürəyi Sizin qəlbinizlə həmahəng döyünür. Hər birimiz ürəkdən əminik ki, Sizin rəhbərliyiniz və şanlı ordumuzun şücaəti ilə düşmən geri çəkiləcək, müharibə bitəcək. Qələbə bizim olacaq”.

Naftalan şəhərindən İbrahim Tağıyev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mən bir təqaüdçü olaraq Sizə dərin təşəkkürümü, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün göstərdiyiniz qətiyyətə və mərdliyə görə dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və müzəffər ordumuzu qorusun. Bütün Azərbaycan, o cümlədən bütün qardaş türk dövlətləri Sizdən şad xəbər gözləyir. İnşallah, Ordumuz Azərbaycanın işğal altında olan bütün torpaqlarını geri qaytaracaq. Allah mənfur düşmənlərimizi məhv etsin! Allah Azərbaycan xalqını qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”

Lerikdən Zabil Bağırov: “Müzəffər Ali Baş Komandan, biz Azərbaycan vətəndaşları olaraq Sizin siyasi və hərbi gedişlərinizi müntəzəm olaraq izləyirik. Həqiqətən də Siz Azərbaycan tarixinin dövlətçilik səhifəsində böyük bir tarix yaradırsınız, düşmənlərə və onların havadarlarına tarixi dərs verirsiniz. Bəli, Siz neft kapitalını artıq insan kapitalına çevirmisiniz. Bu gün cəbhədəki böyük uğurlarımız məhz Sizin yüksək intellektə əsaslanan əməyinizin nəticəsidir. Xalq Sizinlədir, cənab Prezident. Dediyiniz kimi, Qarabağ Azərbaycandır!”

Cəbrayıl sakini Yunis Yusifli: “Hörmətli cənab Prezident, mən Sizə böyük təşəkkürümü bildirirəm. Siz mənim üçün yalnız xəyalımda canlandırdığım günləri yaşatdırdınız. Məni doğma Vətənimə, Cəbrayıla qovuşdurdunuz. Allah Sizə güc, qüvvət versin. Rəbbim hədəflərinizi daim kəskin, zəfərlərinizi daim bol etsin. İnşallah, Cəbrayılda görüşmək arzusu ilə…”.

Cəlilabaddan Vidadi Nuriyev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı Sizin düşünülmüş, uzaqgörən siyasətinizin, Vətənə olan sevginizin bariz göstəricisidir. Bu şüar böyükdən kiçiyədək hamının dilində əzbərə çevrilərək, xalqımızın ayağa qalxıb bir yumruq kimi Sizin ətrafınızda birləşməsinə təkan verdi və bundan sonra da əsas şüarımız olacaqdır. Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız uğurlu mübarizədə biz də ailəlikcə Sizi dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik. Uca Tanrı Sizin və Mehriban xanımın ömrünə bir ömür də qatsın, 100 yaşayasınız! Azərbaycan xalqını həmişə zirvələrə aparasınız!”

Laçın rayonunun sakini Tofiq Şükürov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, mənfur qonşularımız tərəfindən 30 ildən artıq Vətənimizin sinəsinə vurulmuş Qarabağ adlı yara hər bir azərbaycanlının köksünü sızladırdı. Tarixən xalqımızın yetişdirdiyi böyük sərkərdələr Vətənimizi bu cür ağır günlərində öz gücü ilə yaşatmışdılar. Belə sərkərdələrdən biri və birincisi də Sizsiniz. Ona görə ki, XIX əsrin əvvəllərindən XX əsrin sonlarınadək itirdiyimiz torpaqları yalnız Sizin sərkərdəlik qabiliyyətiniz sayəsində geri qaytarılmasının şahidi oluruq. Bu gün hər birimiz Sizinlə eyni bir dövrdə yaşadığımız üçün fəxr edir və qürur hissi keçiririk. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, bu müqəddəs yolda uğurlar diləyirəm”.

Füzuli sakini Elgün Eyvazov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, 27 ildən sonra bizə yaşatdığınız sevinc hissinə görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Sizi sevir və yürütdüyünüz siyasətin daim arxasındadır. Allah Sizi Azərbaycan xalqına çox görməsin. Biz əminik ki, Qarabağın azad ediləcəyi gün elə də uzaq deyil. Allah Sizi və Ordumuzu qorusun! Qarabağ Azərbaycandır! Yaşasın Ali Baş Komandan!

Gəncə şəhərindən Səbuhi Hüseynov: “Müzəffər Ali Baş Komandan, ölkəmizin ərazi bütövlüyü uğrunda apardığınız mübarizədə Sizə güvənir, bütün torpaqlarımızın tezliklə azad olunacağı günü səbirsizliklə gözləyirik. Gözəl Qarabağımızın azadlığı üçün çox ciddi bir əməyin olduğu göz önündədir. Xalq olaraq bu günlərdəki məğrur duruşunuz, qətiyyətli mövqeyiniz, düşmənə tutarlı cavablarınız bizi çox sevindirir və qürurlandırır. Mən əminəm ki, bu haqq mübarizəsində xalqımızın hər bir layiqli vətəndaşı Sizi dəstəkləyir və böyük qələbə xəbərini tezliklə eşitməyi arzulayır. Sizdən Şuşa, Laçın, Xankəndi, Kəlbəcər və digər bölgələrimizin azad olunması xəbərlərini tez bir zamanda eşitmək arzusu ilə...”.

Ağsu rayonundan Xalid Osmanov: “Müzəffər Ali Baş Komandan, Sizin qətiyyətli addımlarınızı tək mən yox, bütün Ağsu rayonu dəstəkləyir. Siz bu qətiyyətinizlə bütün dünyadakı Azərbaycan türklərinin ürəklərində geniş bir nüfuza sahib oldunuz. Nə yaxşı ki, varsınız. Allah Sizi qorusun! Biz, ailədə on bir övlad olmuşuq. Hamımızın oğulları hazırda ön cəbhədə Sizin əmrinizlə döyüşür, bununla fəxr edirlər. Mən özüm 1-ci qrup əlil olsam da, döyüşlərə qatılmaq üçün alışıb-yanıram. Sevincimdən xəstəliyim də yadımdan çıxıb. 1999-cu ildə xüsusi təyinatlı qrupda xidmət keçmişəm, əlim-ayağım yerindədir. Könüllü ordu sıralarına yazılmaq, düşmənlə üz-üzə döyüşmək arzusundayam. İstərdim ki, bayrağımızın o torpaqlarda ucalmasında yaxından iştirak edim. Dəfələrlə müraciət etməyimə baxmayaraq, ehtiyac olmadığını bildirirlər. Cənab Prezident arzum budur ki, Xankəndi şəhərində tezliklə üçrəngli bayrağımız dalğalansın və bu şəhər İlhamabad adlandırılsın. Məncə, buna bütün Azərbaycan xalqı sevinər. Müzəffər Ali Baş Komandan, bu haqq yolunda Sizə uğurlar arzulayıram. Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, onun layiqli davamçısı Sizə isə cansağlığı versin. Şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa diləyirəm. Allah müzəffər Ordumuza qüvvət versin, Siz isə bizim əbədi Prezidentimiz olasınız. Yaşasın Azərbaycan xalqını sevən igid, qəhrəman İlham Əliyev! Qarabağ Azərbaycandır!”

Tovuz rayonundan Zaur Tağıyev: “Müzəffər Ali Baş Komandan, Sizin uzaqgörən və müdrik siyasətiniz nəticəsində 30 illik həsrətimizə son qoyulur. Siz həmişə işğal altındakı ərazilərimizin müharibə yolu ilə yox, sülh yolu ilə qaytarılmasına çalışırdınız. Lakin qaniçən düşmənlər sülhə razı olmadılar. Biz isə daha 30 il gözləyə bilməzdik. Biz haqq yolundayıq, işimiz haqq işidir. İnanıram ki, tezliklə zəfər çalacaq, üçrəngli bayrağımızı bütün Vətən torpaqlarında dalğalandıracağıq. Allah bu çətin və şərəfli işinizdə Sizə kömək olsun. Biz həmişə Sizinləyik. Tezliklə doğma Qarabağımızda, Ağdamda görüşmək arzusu ilə… Qarabağ Azərbaycandır!”

Naxçıvandan Elnur Novruzov: “Hörmətli cənab Prezident, Azərbaycan xalqının Sizə olan minnətdarlığı sonsuzdur. Siz güləndə bütün Azərbaycan Sizinlə birgə gülür. Bütün xalqımızın qəlbi hər an Sizinlə bir döyünür. Budur əsl sevgi, budur əsl milli birlik! Cənab Prezident, torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına apardığınız siyasətə görə Sizə necə minnətdarlıq edəcəyimi bilmirəm. Əziz və səmimi Prezidentim, Sizin hər çıxışınıza coşqu ilə baxır, hər bir kəlmənizi sevinc göz yaşları ilə izləyirəm. Uca Tanrı Sizi Azərbaycan xalqına və Türk dünyasına çox görməsin!”

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

DYP mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Həmkəndlisini qəsdən öldürməyə cəhd edən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Belqorodda PUA hücumu nəticəsində 6 dinc sakin həlak olub

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün vaxtı bəlli olub

Qəzzada İsrail ordusunun daha üç əsgəri ölüb

Fiziki məhdudiyyəti olan sərnişinlərin metrodan istifadə sayı artıb

AQTA bitki zərərvericiləri ilə mübarizəyə dair yeni videoçarx hazırlayıb

TDT Ağsaqqallar Şurasının üzvü türk dövlətlərinin hazırkı əlaqələrini intibahın dirçəlişi kimi qiymətləndirib

Bu ilin dörd ayı ərzində DSMF-də 188 mindən çox vətəndaş qəbul edilib

Rusiyanın Əməkdar artisti Bakı Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib

® “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

® “STP Şirkətlər Qrupu”nda istehsalat göstəriciləri artıb

Tarix Muzeyinə şəhid mayor Vüsal Vəliyevə həsr olunmuş kitab hədiyyə edilib

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

Qanada britaniyalıların müstəmləkəçilik dövründə talan etdikləri ləl-cəvahirat sərgisi açılıb

Denis Şmıqal: Qərb Ukraynaya qoşun göndərsə, minnətdar olarıq

Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb

Nizami Cəfərov: Ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir

Binəqədi rayonunda “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb

Faktiki hava: Şahdağa və Gədəbəyin dağlıq ərazilərinə qar yağıb

“Qarabağ” yeni rekorda imza atıb

Bakı metrosunda QR bilet istifadəçilərinin sayı 45 faizə yaxın artıb

AMEA-nın prezidenti: Türk dövlətlərinin ortaq əlifbasının yaradılması dövrün və zamanın çağırışıdır

“Neftçi” 10 ildən sonra antirekordunu təkrarlayıb

DİN: Həftə sonunda 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Cənub bölgəsinin bir sıra rayon və kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılır

Türk Dilçilik Cəmiyyətinin prezidenti: Hazırda tarixi anlar yaşayırıq

Bakının kənd və qəsəbələri arasında minifutbol turnirində finala çıxan komandalar bəlli olub

Madonnanın pulsuz konsertinə 1,6 milyon nəfər gəlib

Şirvan-Salyan üzrə riyaziyyat-məntiq olimpiadası və fənn müsabiqələrinin yarımfinal mərhələsi keçirilib

Monqolustanda meşə yanğınları artır

Ali məktəblərə qəbul imtahanının I cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb