Voleybol birinciliyi başa çatıb
Naxçıvan, 15 dekabr, AZƏRTAC
Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klublarının qız komandaları arasında keçirilən voleybol birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən “Qarabağ” finalda “Mübariz” komandasını məğlub etməklə, qalib adını qazanıb. “Zirvə” komandası birinciliyi üçüncü yerdə başa vurub.
Sonda yer tutan komandalara təşkilatçıların diplomları təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.11.2026 [17:44]
Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub
- 19.11.2026 [17:39]
Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub
- 19.11.2026 [17:39]
Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub
- 19.11.2026 [17:31]
Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub
- 19.11.2026 [16:53]
Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb
- 19.11.2026 [16:29]