VOLEYBOLÇULARIMIZ BİRİNCİ OYUNDA QALİB GƏLDİLƏR
Fevralın 14-də Bakı idman sarayında voleybol üzrə Avropanın “Top-komanda” kuboku uğrunda dörddə bir final oyunlarının ilk görüşü keçirilmişdir. Bakının “Azərreyl” voleybolçuları Odessanın “Dinamo” komandasını qəbul etmişlər.
Gərgin idman mübarizəsi şəraitində keçən görüş voleybolçu qızlarımızın qələbəsi ilə başa çatmışdır. 3:0 hesabı (25:18, 25:22, 25:18) ilə qalib gələn komandamız yarışların növbəti mərhələsinə çıxmaq üçün böyük imkana malikdir.
Bakı idman sarayına toplaşan çoxsaylı azarkeşlər güclü rəqibdən hər cəhətdən üstün görünən “Azərreyl” voleybolçularının bu müvəffəqiyyətini hərarətli alqışlarla qarşılamışlar.
Bu komandaların fevralın 15-də keçiriləcək ikinci görüşü qalibi müəyyən edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]
“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir
- 04.11.2026 [13:22]
Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib
- 04.11.2026 [12:25]