Azərbaycan Dövlət İnformasiya Agentliyi

VYETNAM SOSİALİST RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÇAN DIK LIONQA

Hörmətli cənab Prezident, 

Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı mövcud dostluq münasibətləri əməkdaşlığımızın hərtərəfli inkişafına daim müsbət təsir göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 22 avqust 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin