İQTİSADİYYAT
“Windows 8” əməliyyat sisteminin demo-versiyasının təqdimatı olmuşdur
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 5-də “Windows 8” əməliyyat sisteminin demo-versiyasının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə hazırda dünyada 100 milyon “Windows 8” lisenziyasının satıldığı diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bir müddət sonra yenilənməsi gözlənilən “Windows 8”in işçi adı “Windows Blue”dir. Onun əsasını yalnız istifadəçilərin rəyi deyil, yeni nəsil “Windows 8”də kompyuterlərin və planşetlərin tanınması təşkil edəcəkdir.
Bildirilmişdir ki, “Windows Blue” cari ildə buraxılması nəzərdə tutulan bir pulsuz funksional yenilənmə paketidir. Bununla yanaşı, istifadəçilərin ixtiyarına iki yeni ölçülü plitələr veriləcək, bu da öz növbəsində elementləri quraşdırmağa və ekran məkanını daha rahat təşkil etməyə imkan yaradacaqdır.
Yenilənmiş “Windows Store” indi daha detallaşdırılmış məlumatları, ən yaxşı pulsuz tətbiq və yeni proqram siyahılarını nümayiş etdirəcək, həmçinin hər bir istifadəçi üçün ev ekranında xüsusi seçilmiş tətbiqləri göstərəcəkdir.
“SkyDrive” “Windows Blue”nin ayrılmaz funksiyalarından biri olacaqdır. Tətbiqin yeni versiyası fərdi kompyuterdən, yaxud mobil cihazlardan faylları buludla və əksinə sinxronlaşdırmağa imkan yaradacaqdır.
Qeyd edilmişdir ki, “Windows Blue”nin daxilinə “Internet Explorer 11” daxil olacaqdır. O da özündə cihazlarla işdə məhsuldarlıq baxımından təkmilləşdirməni, səhifələrin daha tez yüklənməsini və interfeys ayarı daxil olmaqla bir neçə yeni funksiya cəmləşdirəcəkdir.