İDMAN
Xaçmazda budo üzrə açıq şimal çempionatına start verilib
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Xaçmaz Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında budo döyüş növü üzrə açıq şimal çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Xaçmaz Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşəbbüsü ilə keçirilən yarışa 25 komandadan 300-ə yaxın idmançı qatılıb.
Yarış semi-kontakt, ful-kontakt və fri-kontakt qaydaları üzrə keçirilir.
Çempionatın qalibləri fevralda keçiriləcək budo üzrə Azərbaycan çempionatında iştirak hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [18:49]
Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb
- 06.05.2024 [18:28]
Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub
- 06.05.2024 [18:05]
Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub
- 06.05.2024 [17:26]
Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib
- 06.05.2024 [17:24]
Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir
- 06.05.2024 [17:06]
“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır
- 06.05.2024 [16:42]