REGİONLAR
Xaçmazda evlərdən pul və məişət avadanlıqları oğurlayan gənc saxlanılıb VİDEO
Xaçmaz, 14 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 2019-cu ilin dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan 23 yaşlı Cavid Xanbabayevi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olduğunu və oradan pul və məişət avadanlıqları oğurladığını etiraf edib. Həmin pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.