İQTİSADİYYAT
“XalqBank”ın Siyəzən şəhərində yeni filialı fəaliyyətə başlamışdır
Bakı, 7 iyun (AZƏRTAC). “XalqBank”ın Siyəzən şəhərində yeni filialı fəaliyyətə başlamışdır. “Siyəzən” filialı bankın sayca 25-ci, regionlarda fəaliyyət göstərən 19-cu filialıdır.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, filialda əhaliyə və bölgədə fəaliyyət göstərən müəssisələrə əmanətlər, müxtəlif növ kreditlər, depozit seyfləri, plastik kartlar, kommunal və digər xidmətlərin ödənişi, valyuta-mübadilə, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar, bank xidmətləri göstəriləcəkdir.
Filial şəbəkəsinin inkişaf etdirilməsi bankın inkişaf strategiyasının əsasını təşkil edən istiqamətlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]