Xankəndidə 3,8 kiloqram marixuana aşkarlanıb
Bakı, 4 mart, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 11 tüfəng, 7 qumbara, 3 alışdırıcı, 25 patron darağı, müxtəlif çaplı 1718 patron və digər sursatlar aşkar olunaraq götürülüb.