Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Xarici KİV-lərdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məqalələr yayımlanıb

Bakı, 10 may, AZƏRTAC

Dünyanın siyasi tarixində özünəməxsus yeri olan, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi nüfuzlu xarici KİV-lər tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, KİV-lərdə yayımlanan məqalələrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açılıb, onun dünyanın böyük siyasət və dövlət xadimləri ilə bir sırada dayandığı qeyd edilib.

Türkiyənin Anadolu agentliyində yayımlanan “Azərbaycanın Ulu Öndəri Heydər Əliyev anadan olmasının 100-cü ildönümündə anılır” sərlövhəli məqalədə “Şəxsiyyətin ölkənin və xalqın tarixində oynadığı rolu Heydər Əliyevin həyatının timsalında dərk etmək mümkündür” fikri xüsusi vurğulanıb. Məqalədə Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif məqamları, sovet dövründə Azərbaycana rəhbərlik etdiyi, daha sonra SSRİ-də yüksək vəzifədə çalışdığı dövr ətraflı işıqlandırılıb.

Həmçinin əbədiyaşar liderin müstəqil Azərbaycanın Prezidenti kimi, respublikanın daxili və xarici siyasətdə qazandığı uğurlarda misilsiz xidmətləri diqqətə çatdırılıb, Ulu Öndərin Türkiyənin dövlət başçıları ilə görüşlərindən söz açılıb.

Anadolu agentliyinin türkdilli versiyasında yer alan xəbərdə isə Türkiyənin Poçt və Teleqraf Təşkilatının Ümummilli Liderin 100 illik yubileyi münasibətilə xatirə əsginası və xüsusi zərf çap etdirdiyi vurğulanıb. Bildirilib ki, bu əsginas Poçt və Teleqraf Təşkilatının muzeyində nümayiş etdiriləcək.

Türkiyənin “TRT Haber” kanalının saytında yayımlanan məqalədə isə 80 illik ömrünü xalqına xidmətə həsr etmiş Heydər Əliyevin Azərbaycanın ən çətin anlarında xalqının yanında olduğu, doğma Vətənini hər cür bəlalardan qoruyaraq dinamik inkişaf yoluna çıxardığı bildirilib. Məqalədə Azərbaycan xalqının böyük oğlunun xatirəsini daim ən dərin ehtiramla yad etdiyi vurğulanıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu, ilin əvvəlindən başlayan silsilə tədbirlərin il ərzində davam etdiriləcəyi əksini tapıb.

HaberGlobal” televiziyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə İstanbul, Ankara və digər şəhərlərdə keçirilən silsilə tədbirlərdən söz açılıb, Türk dünyasının böyük oğlu, Ümummilli Liderin xatirəsinin qardaş ölkədə də ən yüksək ehtiramla yad edildiyi vurğulanıb.

Türkiyənin “Milliyet”, “Hürriyet” və digər xəbər saytlarında yer alan xəbərlərdə də Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən söz açılıb.

İtaliyanın aparıcı kütləvi informasiya vasitələrində Azərbaycan xalqının dahi Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar məqalələr dərc olunub. “Il Sole 24 Ore” televiziyasının, “Libero”, “Notizie Tiscali”, “Askanews”, “Insideover”, “Agenzia Nova” informasiya agentliklərinin yaydığı materiallarda Ümummilli Liderin xilaskarlıq və quruculuq missiyasından, Azərbaycan xalqının ictimai-siyasi həyatında və dövlətçilik tarixindəki misilsiz rolundan bəhs edilib.

Ulu Öndərin Azərbaycanın neft-qaz siyasətinin formalaşmasındakı xidmətləri, eləcə də dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində reallaşan və ölkəmizin dünya enerji təchizatında strateji oyunçu kimi rolunu artıran “Əsrin müqaviləsi”nin əhəmiyyəti vurğulanıb. Yazılarda Heydər Əliyevin 1997-ci ildə müstəqil Azərbaycanın ilk Prezidenti kimi İtaliyaya səfərinin əhəmiyyəti, Ümummilli Liderin Azərbaycan-İtaliya münasibətlərinin inkişafındakı xüsusi rolu qeyd olunub. Bildirilib ki, hazırda Azərbaycan-İtaliya əlaqələri çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, TAP boru kəməri sayəsində ölkəmiz Avropanın, eləcə də İtaliyanın etibarlı enerji təminatçısıdır.

Məqalələrdə ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanovun fikirlərinə yer verilib. Diplomat Ulu Öndərin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təminatındakı rolunu, çoxvektorlu xarici və enerji siyasətinin əhəmiyyətini qeyd edib, xalqımızın Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini bildirib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Bolqarıstan mətbuatında da geniş işıqlandırılıb. Bu ölkənin müxtəlif xəbər saytlarında, o cümlədən “Cross.bg”, “novini247” yayımlanan məqalələrdə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və siyasi müdrikliyi ilə tam bir dövlətçilik dahisi olduğu bildirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə Ermənistanın hərbi təcavüzünə məruz qaldığı, suveren ərazilərinin 20 faizinin işğal edildiyi, etnik təmizləmə nəticəsində kütləvi şəkildə qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi bir zamanda məhz Heydər Əliyevin səyləri ilə məhv olmaq təhlükəsindən qurtulduğu qeyd edilib. Ümummilli Liderin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilib, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, o cümlədən beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb.

Məlumatlarda Heydər Əliyevin daxili siyasətinin Azərbaycana sabitlik gətirdiyi, xarici siyasətinin isə çoxsaylı dost və tərəfdaşlar qazandırdığı və Bolqarıstanın da bu dövlətlərdən biri olduğu göstərilmiş və bu əlamətdar tarixdə Heydər Əliyevin xatirəsinin bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən dərin hörmət və ehtiramla anıldığı qeyd edilib.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə materiallar Rusiya mətbuatında da dərc olunub. Dövlət Dumasının rəsmi orqanı olan “Parlamentskaya qazeta”da yayımlanan “Heydər Əliyev: problemləri görən lider” sərlövhəli məqalədə Heydər Əliyevin Azərbaycanın simvolu olduğu vurğulanıb. Qəzet yazıb ki, Heydər Əliyev SSRİ-nin ən parlaq rəhbərlərindən biri olub. “Onu başqalarından fərqləndirən və ona sovet vətəndaşları arasında populyarlıq qazandıran cəhət şəxsi ünsiyyətə üstünlük verməsi, problemləri yerində həll etmək bacarığı idi”, - deyə məqalədə vurğulanır.

Rossiyskaya qazeta” nəşri “Heydər Əliyev: tarixi şəxsiyyət” məqaləsində Ulu Öndərin fəaliyyətinin Moskva dövründən söhbət açarkən Heydər Əliyevi ən irimiqyaslı qlobal problemləri həll etməyə qadir şəxsiyyət kimi səciyyələndirib. Qəzet Heydər Əliyevi “Azərbaycanın Atatürkü” adlandıraraq yazır ki, onun rəhbərlik etdiyi dövrdə Azərbaycanda köklü dəyişikliklər baş verib: “Məhz Heydər Əliyevin timsalında şəxsiyyətin tarixdə necə rol oynadığını görmək olar. İndi Azərbaycan Şərq və Qərb sivilizasiyaları arasında etibarlı körpü rolunu oynayır, dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib”.

Ura.news” nəşri Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərində rolunun təhlilinə geniş yer verib, görkəmli şəxsiyyətlərin onun haqqında xatirələrini bölüşüb.

Komsomolskaya pravda” qəzetində dərc olunmuş “Çiçəklənən Azərbaycanın təməlini qoymuş Heydər Əliyevin 100 illiyi qeyd edilir” adlı məqalədə deyilir ki, müasir Azərbaycanı Heydər Əliyevsiz, onun tarixi irsi olmadan təsəvvür etmək mümkün deyil: “Məhz onun 90-cı illərdə hakimiyyətə qayıdışı ilə ölkə daxili qanlı münaqişələrdən xilas ola bildi, əsl müstəqillik yoluna qədəm qoydu. Bu isə heç də asan deyildi. Axı suverenliyi qoruyub saxlamaq və inkişaf etdirmək onu əldə etməkdən daha çətindir”.

Rusiyanın “Rossiya-1” telekanalı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tamaşaçılarına Saida Medvedevanın çəkdiyi sənədli filmi təqdim edib. Filmdə vurğulanır ki, Heydər Əliyev müasir Azərbaycanın simvoludur. O, ürəkdən xidmət etdiyi Azərbaycanı güclü, nüfuzlu dövlətə çevirib, xalqı birləşdirib.

News.ru” nəşrinin “Müdrik və uzaqgörən lider: Heydər Əliyev tarixin yaddaşında necə qalıb?” adlı məqaləsində 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu bildirilir. Nəşr yazır ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkənin yüksəliş dövrü olub. Məqalədə Rusiya xarici işlər nazirinin keçmiş müavini Qriqori Karasin, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova, 2001-2009-cu illərdə Moldovanın Prezidenti olmuş Vladimir Voronin və başqalarının Heydər Əliyev haqqında fikirləri yer alıb.

“Moskovskiy komsomolets” qəzetindəki “Əliyev Azərbaycanın əfsanəsidir” məqaləsində yazılıb ki, Azərbaycanın tarixində 15 iyun Milli Qurtuluş Günü adlanır.  Azərbaycan cəmiyyəti xaos və vətəndaş müharibəsi astanasında olduğu bir vaxtda məhz həmin gün Heydər Əliyev hakimiyyətə gəlib, ölkəni bu bəlalardan xilas edib. Materialda politoloqlar Fuad Axundov və Sergey Markovun Ulu Öndər barədə sözləri təqdim olunur.

Nezavisimaya qazeta” Qriqori Bondarevin “Heydər Əliyevin hakimiyyət formulu dəyişən epoxaların çağırışlarına cavab kimi” adlı məqaləsini dərc edib. Müəllif yazır: “Müasir Azərbaycanın banisi Heydər Əliyevin idarəçilik formulunu çox zaman sovet dövrünün süqutu zamanı sistemli modernləşmə zərurətindən irəli gələn çağırışlara cavab adlandırırlar”. Məqalədə Ulu Öndərin SSRİ və Azərbaycan tarixində rolundan, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində xidmətlərindən bəhs edilir.

İnfo24” internet nəşri Qarabağın azad edilməsini Heydər Əliyevin 100 illik yubileyinə ən yaxşı töhfə adlandırıb. Nəşrin Ulu Öndərin yubileyi ilə bağlı hazırladığı materialda hərbi ekspert İqor Korotçenko, Rusiyanın Xalq artisti Aleksandr Kalyaginin fikirləri əksini tapıb.

“Arqumentı i faktı” qəzeti Ümummilli Liderin yubileyinə həsr etdiyi məqaləni “Heydər Əliyev. Siyasətçi necə əfsanəyə çevrilir” sərlövhəsi ilə dərc edib. Məqalədə qeyd olunur ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycanda sovet dövründən qalan yaxşı nə var idisə qoruyub saxlamağa və onları yeni inkişaf variantları ilə birləşdirməyə çalışıb. “1994-cü ilin yazında o, Qarabağda münaqişəni, ölkədə daxili siyasi qarşıdurmaları dayandırmağı bacardı. Bununla da ölkənin dirçəliş dövrü başladı. Azərbaycanın yüksəliş dövründə dünyasını dəyişdi və ölümündən sonra əfsanəyə çevrildi”, - deyə məqalədə bildirilir.

Mejdunarodnaya jizn” jurnalının Ulu Öndərə həsr olunmuş məqaləsində bildirilir ki, bu gün müstəqil Azərbaycanın banisi Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. O, mürəkkəb yol keçib və hər zaman öz xalqına sadiq qalıb.

Rusiyanın Birinci televiziya kanalının Ümummilli Liderin yubileyi münasibətilə hazırladığı süjetdə Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tamaşaçılarla öz xatirələrini bölüşüb.

Küveyt mediası da Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalələr dərc edib. Bu ölkənin ərəbdilli kütləvi informasiya vasitələrində - “əl-Nahar”, “əl-Qabas”, “əl-Vasat”, “əl-Ray”, “əl-Ənba”, “əl-Cəridə” qəzetlərində, “q8-press.com” və “dasmannews.com” elektron xəbər portallarında və ingilisdilli “kuwaittimes.com”, “timeskuwait.com” və həmin KİV-lərin sosial şəbəkələrində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə dair geniş məqalələr dərc edilib. Məqalələrdə 1994-cü il dekabrın 13-də Ümummilli Lider Heydər Əliyevin Mərakeşdə İslam Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində Küveyt Əmiri Şeyx Cabir Əl-Əhməd Əl-Sabah ilə görüşü ilə iki ölkə arasında əlaqələrin əsasının qoyulduğu vurğulanıb. Yazılarda, həmçinin Ulu Öndər Heydər Əliyevin sovet dövründə və müstəqillik illərində zəngin siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev İslam dövlətləri ilə əlaqələrin inkişafına və İslam həmrəyliyinə həmişə böyük önəm verib. Onun hələ SSRİ rəhbərliyində çalışarkən - 1982-1987-ci illərdə Misir, Suriya, İordaniya, Liviya, İraq, Yəmən, Pakistan və başqa müsəlman ölkələrinə səfərləri Ulu Öndərin bütün İslam aləmində aparıcı siyasətçilərdən biri kimi tanınmasına səbəb olub. Eləcə də Ulu Öndərin Azərbaycanın müstəqillik illərində siyasi fəaliyyəti barədə də ətraflı məlumat verilib, onun Azərbaycanı ən çətin sınaqlardan məharətlə çıxaraq, sürətlə inkişaf edən ölkəyə çevrilib.

Omanın nüfuzlu “Hibr əl-Vətən” jurnalında da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Azərbaycan xalqının və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların dahi siyasətçi, Azərbaycanı parçalanma və məhv olma təhlükəsindən xilas edərək inkişaf və əmin-amanlıq yoluna çıxaran Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyi bildirilib. Omanlı oxucuların diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Yazıda vurğulanıb ki, Heydər Əliyevin fədakarlıqla dolu həyatının hər bir anı Azərbaycan xalqı üçün iftixar mənbəyi və milli sərvətdir. Müəllif vurğulayıb ki, Ulu Öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində öz xalqının gələcəyi, rifahı və əmin-amanlığı üçün çalışıb. O, SSRİ-nin ali hakimiyyət orqanı olan Siyasi Büronun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev həmin vəzifələrdə də doğma Vətəni naminə böyük işlər görüb.

Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu KİV-lərində, o cümlədən “Qarbnews”, “Qitafnews, “Asiaelyoum”, “Alhadath”, “Mesrena”, “Mostaklon”, “mebusiness.ae” nəşrləri Ulu Öndər Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş məqalələr dərc edib. Yazılarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, onun adının Azərbaycan tarixinə qızıl hərflərlə yazdığı vurğulanıb. Qeyd edilib ki, məhz bu xidmətlərinə görə Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının Ümummilli Lideri kimi ən yüksək ehtiramla yad olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir