İQTİSADİYYAT
Xəzər Dəniz Gəmiçiliyi daha bir bərəni istismara buraxıb
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin daha bir bərəsi - “Merkuri-1” gəmisi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gəmi Transxəzər nəqliyyat marşrutu istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub.
Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.
Gəmi-bərələrin səfərləri barədə, o cümlədən limandan çıxış və təyinat limanına gəliş vaxtları haqqında məlumatlar mütəmadi olaraq onlayn rejimdə Gəmiçiliyin veb-saytında yerləşdirilir.