İQTİSADİYYAT
Xəzər rayonunda 2 küçədə hərəkət qismən məhdudlaşdırılacaq
Bakı, 11 aprel, AZƏRTAC
Təmir işləri ilə əlaqədar aprelin 12-də səhər saatlarından etibarən Xəzər rayonu ərazisində Dövlət Elektrik Stansiyasına gedən yolun “Mir Mövsüm Ağa” ziyarətgahı ilə “Azal” Arenanın yerləşdiyi hissəsində və “Azal” Arena istiqamətinə gedən Starçük küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a "Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məhdudlaşdırma küçədə təmir işlərinin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]