CƏMİYYƏT
Xilasedicilər ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış şəxsləri əzilmiş avtomobildən çıxarmışlar
Bakı, 25 avqust (AZƏRTAC). Abşeron rayonunun Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) “Hundai” markalı minik avtomobili və “İkarus” markalı sərnişin avtobusunun toqquşması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olmuşdur.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hadisə nəticəsində “Hundai” markalı minik avtomobili deformasiyaya uğramışdır. Nazirliyin hadisə yerinə cəlb olunmuş xilasediciləri xüsusi alət və avadanlıq vasitəsilə əzilmiş avtomobildə xəsarət almış və sıxılmış vəziyyətdə qalmış sürücünü və bir nəfər sərnişini çıxarmışlar.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülmüşdür.
Hadisə yerində hüquq muhafizə orqanları tərəfindən araşdırma aparılır.