REGİONLAR
Xırdalanda ağır yol qəzası baş verib
Xırdalan, 21 yanvar, AZƏRTAC
Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneələrə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Fazil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı ona döş qəfəsinin küt travması, hər iki baldırın və sol qolun çoxsaylı yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]
Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub
- 04.05.2024 [20:08]