REGİONLAR
Xızıda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
Xaçmaz, 24 yanvar, Elxan Yusifli, AZƏRTAC
Yanvarın 23-ü gecə saatlarında Xızı rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
AZƏRTAC xəbər verir ki, Xızı-Giləzi yolunda “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində sürücü, Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımov və Elçin adlı sərnişin dünyasını dəyişib.
Qəza nəticəsində ağır xəsarətlər alan 4 nəfər isə Xızı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bakı şəhəri, Biləcəri qəsəbəsi sakinləri Allahverdiyev Eldəniz Əlyar oğlu, Nəzərov Əfqan Mirzəağa oğlu və digər iki yaralıya müvafiq tibbi yardım göstərilib. Sonra onlar Sumqayıtda yerləşən tibb müəssisələrinə göndəriliblər.
Faktla bağlı Xızı rayon Polis Şöbəsində araşdırma aparılır.