Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xorvatiya şimaldan cənuba: Split

Bakı, 8 noyabr, AZƏRTAC

Qədim zamanlarda - 305-ci ildə Roma imperatoru Diokletian Adriatik dənizi sahilində özünün yeni sarayının tikintisi üçün yer seçməyə qərar verir. Gələcəkdə Split adlanacaq şəhərin əsası da məhz belə qoyulur. Zamanla şəhər böyüyür və çoxlu sayda yeni tikililəri ilə yeni görkəm alır. Lakin imperator sarayı bu gün də Splitin ən möhtəşəm binası olaraq qalır. Onun qalın divarları “Taxt-tac oyunları” serialının bir sıra səhnələrinin çəkiliş meydançası olub və indi bu məkan tarixi film həvəskarlarının axınına uğrayır.

Əlverişli iqlimi və yerləşdiyi məkan, habelə gülərüz insanları Spliti Xorvatiyanın ən çox turist cəlb edən şəhərinə çevirib.

Diokletian və ya imperator sarayının sirləri

Splitlə Xorvatiyanın paytaxtı Zaqrebi 400 kilometrlik məsafə ayırır, həmin vaxt bizim olduğumuz Şibenikdən isə bu şəhərə 1,5-2 saatlıq yol var. Şəhərin girişində bizi qalın palma ağacları əkilmiş və gözəl buxtası olan dənizkənarı park qarşılayır. Burada Spliti çoxsaylı adalarla birləşdirən bərələr və kruiz laynerləri sıx cərgə ilə düzülüb. Bu şəhər Adriatik marşrutu üzrə vazkeçilməz məntəqədir və İtaliya və Yunanıstan şəhərlərindən gələn gəmilər Xorvatiya sahillərinə böyük turist axınını təmin edirlər. 

Əlbəttə, turistlər, ilk növbədə, Köhnə şəhərin özəyi olan Diokletian sarayına can atırlar. Onlar tarixdə nadir hallarda rast gəlinən saray ətrafında salınan şəhəri görmək imkanı əldə edirlər. Lakin bu, Diokletianın öz sarayını boş ərazidə tikdiyi anlamına gəlmir. Əslində, o zamanlar bu ərazilər müasir Splitdən təxminən 8 kilometr şimalda yerləşən və Roma imperiyasının Dalmatsiya əyalətinin paytaxtı olmuş Salona şəhərinə aid olub. Deyilənlərə görə, Salona Diokletianın vətəni olub və imperator buraya ahıllıq illərini sakit keçirmək üçün gəlib. Taxt-tacdan imtina etdikdən sonra o, burada 8 il - dünyasını dəyişənədək yaşayıb.

Saray qonşu Braç adasından gətirilmiş yüksək keyfiyyətli ağ əhəngdaşından inşa olunub. Bəzək üçün materiallar - Misirin qranit sütunları, sfinkslər, üzlük mərmərlər və s. imperiyanın digər yerlərindən gətirilib. Kompleks hərbi düşərgə və dəbdəbəli villadan ibarətdir, həmçinin burada saraya üç tərəfdən girişi təmin edən darvazalar və monumental divarlar mövcuddur. Dəniz tərəfdən isə yalnız kiçik bir keçid qoyulub. Sarayın girişindəki əsas darvazalar Qızıl və Gümüş olaraq adlandırılıb.

Sarayın enli divarlarında Splitin müxtəlif tarixi-mədəni tikililəri, o cümlədən orta əsərlərdə xristian baptistlərinin ibadətgahı olan Yupiter Məbədi və keçmiş imperator türbəsinin əsasında tikilən Kafedral kilsə yerləşir.

Kompleksin “peristil” adlanan həyəti dünyanın ən möhtəşəm və unikal tarixi ərazilərindən biridir. Hazırda bu yer kiçik və rahat meydana çevrilib.

Sarayın ehtiyacları üçün suyu Salonanın yaxınlığında yerləşən Yadro çayından götürürdülər. Splitdən Salonayadək yolboyu XIX əsrdə bərpa olunmuş orijinal akvedukun qalıqları görünür.

Diokletian sarayı Xorvatiyanın Adriatik dənizi sahillərində ən məşhur və möhtəşəm tarixi-memarlıq əsəridir. Bu kompleks, həmçinin sarayın ətrafında yaradılmış Splitin bütün tarixi mərkəzi UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

“Taxt-tac oyunları”, qalstuk və qurbağa pəncələri

Məşhur “Taxt-tac oyunları” serialının bəzi səhnələri Diokletian sarayının zirzəmisində lentə alınıb. Sarayın aşağı mərtəbəsinin bir hissəsi hazırda bazar kimi istifadə olunur. Enli sütunların arasında qoyulmuş piştaxtalarda suvenirlər, rəsm əsərləri, kiçik əl işlərini və s. görmək olar. Xorvatiyada ən geniş yayılmış suvenirləri - üzərində milli ornamentlər olan qalstukları da burada əldə etmək olar. 

Rəvayətə görə, bir zamanlar qalstuk taxmaq dəbini xorvat əsgərləri yaradıblar. XVII əsrdə - Otuzillik müharibə dövründə və ondan sonra əsgərlər boyunlarına yaylıq bağlayırdı. XIV Lüdovikin zamanında bu ənənəni fransız əsgərləri də əxz ediblər. Yeri gəlmişkən, “cravate” sözünün mənşəyinin də “croat” (xorvat) olduğu ehtimal edilir. Bu kəlmə indi bir çox Avropa ölkələrində “qalstuk” mənasında işlədilir. Hərçənd ədalət naminə demək lazımdır ki, boyuna yaylıq bağlamaq hələ Roma legionerlərinin adəti olub, lakin məhz xorvatların sayəsində fransız aristokratiyası bu ənənəvi uniforma ünsürünü moda elementinə çevirib.

Bu yerlərin tarixini daha yaxşı anlamaq üçün Splitin muzeylərindən birinə baş çəkmək lazımdır. Məsələn, Diokletian sarayının şimal-şərq hissəsində - mərkəzində zadəgan Papaliç ailəsinin qotik üslubda tikilmiş malikanəsinin olduğu orta əsr tikililərindən ibarət kompleksin daxilində yerləşən Şəhər Muzeyi XV əsrdə xorvat memarı Yuray Dalmatiyalı tərəfindən layihələşdirilib və onun rəhbərliyi altında tikilib. Muzeyin zəngin ekspozisiyasında antik dövrün eksponatları - XI-XVI əsrlərdə venesiyalıların hakimiyyəti zamanlarına aid heykəllər, möhürlər, sikkələr diqqəti cəlb edir. Onların arasında Venesiya Respublikasında zadəganların rəsmi kataloqu olan “Qızıl kitab” (Libro d'Oro), XV-XVIII əsrlərdə Splitin müdafiəsi üçün silah arsenalı, mebel, interyer ləvazimatları, milli geyimlər və s. xüsusilə seçilir.

Köhnə şəhərin hər addımlığında rast gəldiyimiz Splitin autentik restoranları Dalmatiya mətbəxi ilə tanış olmaq üçün ən gözəl məkanlardır. Bu regionunun sakinlərinin əsas qida rasionu təzə balıq və dəniz məhsulları, özəl reseptlərlə hazırlanan qoyun əti, zeytun yağında qoyun pendiri, zeytun və kaperslər, bol miqdarda ədviyyat - cəfəri, sarımsaq, dəfnə yarpağı və rozmarindən ibarətdir. Soparnik (göyərtili piroq), Dalmatiya brudeti (qatı balıq supu), çay xərçəngi və s. ən sevimli yeməklərdir. Bizim üçün qeyri-adi olan isə xorvatların qurbağa əti yeməsidir! Hər halda, burada məzə sayılan qurbağa pəncəsi restoranların menyusuna daxildir və supermarketlərdə satılır. Yəqin ki, bu adəti Xorvatiyaya Napoleonun ordusu gətirib. Hərçənd xorvatlar Fransaya və bütün dünyaya daha nəfis yenilik - qalstuku bəxş ediblər.

Yeri gəlmişkən, qurbağalar barədə. Splitin mərkəzi küçələrindən birində yerləşən qeyri-adi “Froggyland” muzeyi məhz onlara həsr olunub. Burada Avropadakı 507 qurbağa növü müqəvvasının vasitəsilə müxtəlif məişət hadisələri canlandırılır. Təsəvvür edin ki, bu suda-quruda yaşayanlar necə tennis oynaya, yaxud parta arxasında otura və sirkdə çıxış edə bilirlər. Bu satirik ekspozisiyanın müəllifləri macar taksidermisti (müqəvva ustası) Ferents Merenin 1910-1920-ci illərdə yaratdığı müqəvva kolleksiyasını əsas götürərək insanların həyatına aid bu və ya digər hərəkətləri canlandırıblar.

Salona, Klis və Troqir

Spliti ziyarət edən turistlər çox vaxt onun ətrafındakı məkanlarla tanış olmaq üçün də vaxt ayırırlar. Burada məsafənin az olmasını da nəzərə almaq lazımdır. Məsələn, indi Solin adlanan tarixi Salona şəhəri Splitin cəmi 8 kilometrliyində yerləşir. 

Strabona görə, Salona dolmatların illiriy qəbiləsinin dəniz limanı olub. Bu şəhər mühafizə olunan körfəzin cənub yamacında - eyniadlı Salon (Yadro) çayının sahilində yerləşir. Eramızdan əvvəl I əsrdə Salona Roma imperiyasının hakimiyyəti altına keçib və tezliklə bütün Dalmatsiya əyalətinin inzibati mərkəzinə çevrilib. Sezarın Pompey üzərində qələbəsindən sonra Salona koloniya statusu alıb. Şərq və qərb istiqamətində genişlənən şəhər VI əsrdə böyük şərqi-adriatik metropoliyasının mərkəzi olub. Lakin VII əsrin ortalarına doğru Salona avar-slavyan ordalarının basqınları nəticəsində dağıdılıb. Əhalinin bir hissəsi adalara qaçıb, digərləri isə Diokletian sarayının divarlarında gizləniblər. Turistlər Salonanın yaxınlığında Roma Forumunun mənzərəli xarabalığı, darvazalar, şəhər divarları, II əsrə aid amfiteatr və digər antik obyektlərin olduğu arxeoloji parkı da görə bilərlər.

Cəzbedici sahil və rəngarəng ətraf ərazilər Splitin ayrılmaz hissəsidir. Şəhərin cənub girişində yerləşən altı kilometrlik günəşli “Podstranı” çimərlikləri evlərin, binaların, kiçik ailəvi mehmanxanaların və dəbdəbəli otellərin yaxınlığındadır. Splitin şimal tərəfdən girişində böyük Vranyaça mağarası var. Burada heykəllər, qəribə stalaktitlər, qayaüstü rəsmlərə rast gəlmək olar. Xorvatiya ərazisindəki daha bir möhtəşəm tikililərdən biri olan orta əsrlərə aid Klis qəsrini də görməyə dəyər. Bu tikili Mosor və Kozyak dağlarının arasındakı keçilməz dərənin yarğanlarında ucaldılıb. Klis qəsrindən Split, Salona və Yadro çayına gözəl mənzərə açılır. Bundan başqa, “Taxt-tac oyunları” serialının da bəzi səhnələri burada lentə alınıb.

Splitdən şimal-qərbə təxminən 30 kilometrlik məsafədə dəniz sahilindəki ən gözəl şəhərlərdən biri, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş tarixi mərkəz - Troqir şəhəri yerləşir. Bu yerin tarixi eramızdan əvvəl III əsrə - yunan kolonistlərinin gəldiyi zamana gedib çıxır. Şəhərin darısqal daş küçələrində qədim zadəgan sülalələrinin sarayları qorunub saxlanılıb. Müasir Troqir turist şəhəri ahəngi ilə yaşayır və Adriatik sahillərinin daşlarda yaşayan əsrarəngiz tarixi gözəlliyinin cəlb etdiyi səyahətçilərin sevimli məkanıdır.

Biz isə Xorvatiyanın cənubuna - səyahətimizin son məkanı Dubrovnikə yola düşməliyik. Bu şəhəri haqlı olaraq Adriatik regionunun incisi adlandırırlar. Çox yaxşı qorunub saxlanmış Dubrovnikin yüksək divarlarla əhatə olunmuş Köhnə şəhəri UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Buradakı əlverişli iqlim şəraiti və isti dəniz oktyabrın sonunadək çimərliklərdə istirahət etmək imkanı yaradır.

 

Fotoşəkillər Vitali Nəzərəliyevindir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib