X.R.Vəliyevə “Əməkdar Hüquqşünas” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının “Əməkdar Hüquqşünas” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2015-ci il.