Yanvar-fevral aylarında elektrik avadanlıqlarının istehsalı 43,4 faiz artıb
Bakı, 21 mart, AZƏRTAC
2018-ci ilin yanvar-fevral aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 26,6 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 43,4 faiz artıb, kompüter və elektron məhsullarının istehsalı isə 6,1 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,0 dəfə, 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 1,7 dəfə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]