SİYASƏT
YAP ABŞERON RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Bakı, 11 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları bələdiyyə seçkilərinə hazırlıq işlərini davam etdirir. Partiyanın Abşeron rayon təşkilatı da qarşıda duran vəzifələri uğurla yerinə yetirməkdədir.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev artıq bələdiyyə seçkiləri ilə bağlı qərargahın yaradıldığını bildirmişdir. Onun sözlərinə görə, seçkiyə hazırlıqla əlaqədar bütün işlər plana uyğun aparılır: “Bələdiyyə strukturu Azərbaycanda hələ gəncdir. Bu özünüidarə orqanları əhaliyə xidmət sahəsində böyük təcrübəyə malik olmalıdırlar. Ötən 10 ildə əlbəttə ki, nailiyyətlər əldə olunmuşdur. Amma müəyyən çatışmazlıqlar da vardır. Bəzi bələdiyyələr etimadı doğrultmur, bu strukturun fəaliyyət sferasına daxil olan sahələri tam əhatə edə bilmir. Bu baxımdan Yeni Azərbaycan Partiyası bələdiyyələrin inkişafına, xalqa yüksək səviyyədə xidmət etmək üçün yerli özünüidarə orqanlarına yeni nəfəs verəcəkdir”.