SİYASƏT
YAP AĞSU RAYON TƏŞKİLATINDA SEÇKİ QƏRARGAHI YARADILMIŞDIR
Bakı, 11 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar seçki qərargahı yaradılmışdır.
Bu barədə məlumat verən rayon təşkilatının sədri Əli Hüseynov bildirmişdir ki, bu il Ağsuda 37 bələdiyyə üzrə seçkilər keçiriləcəkdir. O demişdir: “Biz artıq hazırlıq prosesinə başlamışıq. Rayon partiya təşkilatı müntəzəm şəkildə fəallarla görüşlər keçirir, yerlərdə ilk ərazi təşkilatlarında müzakirələr aparılır. Rayon təşkilatının 85 ilk ərazi təşkilatında birləşən 4500 üzvü seçkinin yüksək səviyyədə keçməsi üçün bütün gücünü ortaya qoyacaqdır”.