SİYASƏT
YAP QADINLAR ŞURASI SƏBAİL RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ NAMİZƏDLƏR ÜÇÜN TRENİNQLƏR KEÇİRİR
Bakı, 24 noyabr (AZƏRTAC). Noyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) qadınlar şurası Səbail rayon təşkilatı Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş partiya üzvlərinin seçki təcrübəsini və namizəd kimi səriştələrini artırmaq üçün treninq keçirmişdir.
Treninqdə dekabrın 23-də keçiriləcək seçkilərlə bağlı görüləcək işlər, qarşıda duran vəzifələr geniş müzakirə edilmişdir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasi təşkilatın müasir müstəqillik tariximizdə önəmli rolundan danışan rayon qadınlar şurasının sədri Nübar Muxtarova vurğulamışdır ki, YAP Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayır. Rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla bağlı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.
Bildirilmişdir ki, Səbail bələdiyyəsindən 4, Badamdar bələdiyyəsindən 3, Bibiheybət bələdiyyəsindən 3 qadın namizədliyini irəli sürmüşdür.
Treninqdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar görülmüş işlərdən, seçkiqabağı təşviqat və təbliğat işinin təşkili məsələlərindən danışılmış, namizədlərə müvafiq tövsiyələr verilmişdir.