İQTİSADİYYAT
“Yapanese Moss Garden” cənnət bağıdır
“Yapanese Moss Garden” yabanı bitkilərdən və müxtəlif çiçəklərdən ibarət mamır bağıdır. Onu haqlı olaraq, çox zaman cənnət bağına da bənzədirlər. Əminəm ki, bizim təqdim etdiyimiz bu bağ sərgi iştirakçılarının marağına səbəb olacaq.
Bu barədə AZƏRTAC-a Bakıda keçirilən “Birinci Yaponiya biznes festivalı” sərgisinin iştirakçısı olan şirkətin nümayəndəsi Yamato Hata məlumat verib.
“Yapanese Moss Garden” şirkəti Bakıda təşkil olunan sərgilərdə ilk dəfə təmsil olunur. Azərbaycanla bağlı təəssüratlarım çox müsbətdir. Ölkənizin iqtisadiyyatı sürətlə inkişaf edir və bu, iş adamları üçün ən mühüm amillərdən biridir. Biz Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindəyik” – deyə Yamato Hata vurğulayıb.
Qeyd edək ki, noyabrın 15-dək davam edəcək “Birinci Yaponiya biznes festivalı” sərgisi Yaponiyanın “AS Global Management Co. LTD” şirkəti və “Sakura” Azərbaycan-Yaponiya İctimai Birliyi tərəfindən təşkil edilib.