DÜNYA
Yaponiyanın Komey Partiyasının sədri gələn həftə Çinə səfər edəcəkdir
Tokio, 18 yanvar (AZƏRTAC). Yaponiya hökumətində Liberal-Demokratik Partiyanın koalisiya tərəfdaşı Komey Partiyasının sədri gələn həftə Çinə səfər edəcəkdir. Səfərin məqsədi Şərqi-Çin dənizində Senkaku adaları ilə bağlı ərazi mübahisəsi nəticəsində iki ölkə arasında yaranmış gərginliyi aradan qaldırmaqdır.
Bu barədə partiyanın sədri Naçuo Yamaqaçi yanvarın 17-də keçirdiyi mətbuat konfransında məlumat vermişdir. N.Yamaqaçi bildirmişdir ki, yanvarın 22-dən onun Çinə dörd günlük səfəri başlayacaqdır.
Komey Partiyasının sədri qeyd etmişdir ki, o, Çin Kommunist Partiyasının yeni lideri Si Cinpin və digər rəsmi şəxslərlə görüşünün təşkilini Çin tərəfindən xahiş etmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]