MƏDƏNİYYƏT
“YARAT” Müasir İncəsənət Məkanında “Uçmağı bizimlə öyrən” adlı tədbir təşkil olunub
Bakı, 11 sentyabr, Flora Şükürova, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanında “Uçmağı bizimlə öyrən” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, həmişə olduğu kimi, balacaları diqqət mərkəzində saxlayan “YARAT” bu dəfə də uşaqlara yaratmağı öyrətmək və onların gələcəklərinin daha parlaq olması məqsədilə növbəti tədbiri təşkil edib. Belə ki, cəmi bir neçə saat ərzində balacalar qeyri-adi vazalar və bəzək əşyaları hazırlamağı öyrəniblər. Həmçinin uşaqlara meyvə və tərəvəzlərdən ləzzətli, sağlam yeməklər hazırlamağın yolları da öyrədilib.
Tədbir çərçivəsində uşaqlar üçün açıq havada yoqa, rəsm, qida incəsənəti, aktyorluq, fotosessiyalar təşkil olunub. Bununla yanaşı, çərpələnglərin uçurulması, yeni cizgi və animasiya filmlərinin nümayişi, digər əyləncəli proqram və oyunlar təqdim edilib. Konsert proqramı ilə davam edən tədbir böyük maraqla qarşılanıb.