MƏDƏNİYYƏT
Yasamal kitabxanası uşaqlar üçün təşkil etdiyi viktorinaya yekun vurub
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Sevimli Gülzar nənə” adlı viktorina təşkil edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın əməkdaşı Elvira Məmmədova həftə ərzində kitabxanaya gələn oxuculara uşaqların sevimli yazıçısı və 100-dən çox kitabın müəllifi Gülzar İbrahimova haqqında 5 sual ünvanlayıb. Suallara doğru cavab verən iştirakçı Əzizə Usubova müsabiqənin qalibi seçilib. Qalibə Gülzar İbrahimovanın “Bir zalım padşahın nağılı” adlı kitabı təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:50]
Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
- 06.05.2024 [20:25]
Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 06.05.2024 [19:22]
Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:23]
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
- 06.05.2024 [16:50]