CƏMİYYƏT
Yasamal rayonunda Beynəlxalq Sülh Günü qeyd olunub
Bakı, 21 sentyabr, AZƏRTAC
Yasamal rayonundakı “Kindergarten” körpələr evində 21 sentyabr-Beynəlxalq Sülh Günü qeyd olunub.
Bu barədə AZƏRTAC-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Təravət Muradova tədbirdə çıxış edərək bildirib ki, “Beynəlxalq Sülh Günü” BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. Onun əsas məqsədi dünyada sülhə və əmin-amanlığa yönələn səylərin daha da artırılması, sülh mədəniyyətinin geniş təbliğidir.
Körpələr evinin balaca sakinləri sülh mövzusunda şeirlər söyləyib, mahnılar səsləndiriblər.
Tədbirin sonunda balacalar üçün sülh mövzusuna həsr edilən videomaterialların təqdimatı keçirilib.
Beynəlxalq Sülh günü rayonun orta ümumtəhsil məktəbləri və körpələr evi-uşaq bağçalarında da qeyd olunub.