CƏMİYYƏT
Yasamal rayonunda paytaxt sakinindən 1 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb
Bakı, 13 iyun, AZƏRTAC
Yasamal və Sabunçu rayonlarında narkotik vasitələr aşkarlanaraq götürülüb.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini Anar Əhmədovdan 1 kiloqram 307 qram heroin aşkar edilərək götürülüb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Maştağa qəsəbə sakini Y.Səfərovun həyətindən kultivasiya yolu ilə yetişdirilən 25 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktlarla bağlı rayon polis şöbələri tərəfindən araşdırmalar aparılır.