CƏMİYYƏT
Yasamal rayonunda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Bakı, 29 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də saat 22 radələrində Yasamal rayonunun A.M.Şərifzadə küçəsində yolu keçən Bakı şəhər sakini E.Əşrəfzadə naməlum avtomobillə vurulub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Runna” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Əlpənahov Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.