Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir

Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir

Bakı, 15 iyul, Ramiz Quliyev, AZƏRTAC 

Bu gün respublikanın inşaat sektorunda əsl canlanma müşahidə edilir. Ölkəmizin iqtisadi inkişafının əsas göstəricilərindən biri sayılan tikinti sahəsinə dövlət dəstəyi nəticəsində hazırda Azərbaycanda mükəmməl tikinti sənayesi formalaşıb. Ölkənin inşaat sektorunda dövlət müəssisələri ilə yanaşı, özəl sektora məxsus tikinti şirkətləri də yaxından iştirak edir və bu tendensiya ilbəil artmaqdadır. Təkcə cari ilin yanvar-may aylarında tikinti sektoruna qoyulan ümumi sərmayənin 69,8 faizinin qeyri-dövlət müəssisələrinin payına düşməsi bunun göstəricisidir.

Əhalinin mənzillə təmin edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin sosial siyasətinin əsas prioritetlərindən biridir. Məhz bu sahənin dövlət tərəfindən tənzimlənməsinin həyata keçirilməsi məqsədilə ölkə başçısının 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. Ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Bildiyimiz kimi, agentliyin fəaliyyət istiqamətlərindən biri də əsasən gənc ailələrin uzunmüddətli kredit hesabına əlverişli qiymətlə mənzilə sahib olmasını təmin etməkdir. Güzəştli şərtlərlə verilən belə mənzillərin tikilməsi az və orta təminatlı ailələr üçün də böyük önəm kəsb edir.

Hazırda MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində çoxmənzilli binaların inşası sürətlə davam etdirilir.

Onlardan biri - 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsinin tikintisi, 960 şagird yerlik 3 mərtəbəli ümumtəhsil məktəbinin binasının isə tikinti-quraşdırma işləri artıq tamamlanmaq üzrədir. Hər iki tikilinin 2018-ci ilin yay aylarında tam təhvil verilməsi planlaşdırılır.

Bununla yanaşı, Yasamal Yaşayış Kompleksində paralel olaraq 25 yaşayış binasının tikintisi, habelə elektrik enerjisi, su, qazla təminatı və kanalizasiya sistemini əhatə edəcək mühəndis-kommunikasiya şəbəkəsinin yaradılması işləri həyata keçirilir.

Yaradılacaq ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-nin ikibloklu doqquzmərtəbəli, 12-nin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlı olacaq. Birotaqlı mənzillərin sahəsi təqribən 31 kvadratmetrdən 33 kvadratmetrədək, ikiotaqlı mənzillərin sahəsi təqribən 50 kvadratmetrdən 58 kvadratmetrədək, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. Yaşayış binalarından əlavə, ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Bir daha xatırlatmaq yerinə düşər ki, Mənzil İnşaatı Dövlət Agentliyi uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanmasında əsas diqqəti aztəminatlı ailələrin mənzil ehtiyaclarının aradan qaldırılmasına yönəldəcək. Dövlətin güzəştli mənzil proqramı üç əsas güzəşt təqdim edir: birincisi - mənzilin yerləşməsindən asılı olaraq qiymətlər orta bazar qiymətindən aşağı olacaq, ikincisi isə Azərbaycan İpoteka Fondunun illik 4 faizlə verilən sosial ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı yaradılacaq, üçüncüsü - mənzil vətəndaşa tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif ediləcək.

MİDA-nın direktoru Samir Nuriyev müsahibələrinin birində qeyd edib ki, hesablamalara görə, sosial ipoteka üzrə 30 illik krediti istifadə etməklə birotaqlı mənzil üçün aylıq ödəniş 130-150 manatı, ikiotaqlı mənzil üçün 200-250 manatı, üçotaqlı mənzil üçünsə 300-350 manatı keçməyəcək. Faktiki olaraq, kirayə qiymətini ötməyən məbləği ödəməklə, insanlar mənzil sahibi olmaq imkanı əldə edəcəklər.

Bütün bunlar həm də onu göstərir ki, agentliyin əsas fəaliyyət istiqaməti əhalinin sosial rifahının və mənzil təminatının yaxşılaşdırılmasına yönəlib.

Xarici dairəvi avtomobil yolunun kənarında yerləşən kompleksin ümumi sahəsi 11 hektardan çoxdur. Kompleksin tikintisi üçün seçilmiş məkanın əsas üstünlüklərindən biri onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir. Bununla yanaşı, ərazidə yaradılacaq yeni nəqliyyat infrastrukturunun Bakının mövcud yol və ictimai nəqliyyat şəbəkəsi ilə inteqrasiyası nəzərdə tutulur. Bu isə sakinlərin çox vaxt itirmədən istədikləri yerə çatmalarına imkan verəcək.

Ərazi həm də şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Yaxınlığında 5 hektaradək yaşıllıq zonasının olması onun ekoloji durumunu daha da yaxşılaşdırır.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəflərə uyğun olaraq özəl tikinti-investisiya şirkətləri ilə əməkdaşlığa başlayıb.

Belə ki, Yasamal Yaşayış Kompleksinin inşasının reallaşdırılması çərçivəsində 3 yaşayış binasının tikintisi, habelə ərazidə rabitə internet və televiziya xətlərinin çəkilməsi ilə əlaqədar investorların cəlb edilməsi məqsədilə investisiya müsabiqələri keçirilib. Hər iki müsabiqə nəticəsində seçilmiş investorlarla təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 11 milyon manatdan artıq özəl investisiyanın cəlb olunması gözlənilir.

İnvestorun öz vəsaiti hesabına tikiləcək 3 binadan biri mənzillərini güzəştli şərtlərlə vətəndaşlara təklif etmək üçün “MİDA” MMC-yə təmənnasız olaraq təhvil veriləcək, digər 2 binanın mənzillərinin bazar qiymətinə satışı isə investor tərəfindən həyata keçiriləcək. İkinci investor tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılması təmin ediləcək.

Ölkə başçısının “Güzəştli mənzil” sistemi haqqında 2017-ci il 24 may tarixli 1418 nömrəli Fərmanına uyğun olaraq, 2017-ci il mayın 30-dan etibarən Elektron Hökumət portalında “Güzəştli mənzil” elektron sistemi istifadəyə verilərək vətəndaşların müraciətlərinin qəbulu prosesinə start verildi. “Güzəştli mənzil” elektron sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində, vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edir.

Son məlumata əsasən isə 5670 vətəndaşın müraciəti qeydə alınıb və onlardan 5216 nəfərin güzəştli mənzil almaq hüququ artıq təsdiqlənib. Mənzillərin satışı barədə elanların verilməsi bu ilin sonuna nəzərdə tutulub.

Satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra güzəştlə mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Qaydaya əsasən, yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.

Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və Nazirlər Kabinetinin 2017-ci il 22 fevral tarixli Sərəncamı ilə “MİDA” MMC-yə ayrılmış 20 hektar torpaq sahəsini əhatə edəcək Hövsan Yaşayış Kompleksinin şəhərsalma əsaslandırılmasının (baş planın) hazırlanması işləri başa çatdırılıb, layihə-smeta sənədlərinin hazırlanması üzrə təşkil olunmuş tender proseduru yekunlaşmaq üzrədir.

Əminliklə demək olar ki, uyğun qiymətə mənzil təminatı layihələri vasitəsilə tikinti sektorunun inkişafı bu sahədə məşğulluq səviyyəsini yüksəldəcək, həmçinin tikinti materiallarının istehsalını və ticarətini də inkişaf etdirəcək. Mənzil İnşaatı Dövlət Agentliyi isə öz növbəsində yaxın gələcəkdə bu amilləri nəzərə alaraq, investisiyaların cəlb olunması istiqamətində səylərini artıracaq, mənzil bazarının davamlı inkişafı üçün qarşıya uzunmüddətli məqsədlər qoyaraq, bölgələrdə də yaşayış mənzillərinin tikintisi ilə bağlı hədəfləri müəyyən edəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb