MƏDƏNİYYƏT
Yazıçı Əli Cəfəroğlunun sayca beşinci kitabı çapdan çıxmışdır
Ağstafa, 29 iyul (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ağstafada yaşayan və yaradan Əli Cəfəroğlunun yeni “Dənizçinin səyahəti” kitabı çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, “Dənizçinin səyahəti” yazıçı Əli Cəfəroğlunun sayca beşinci kitabıdır. Bu kitabda yazıçının son dövrlərdə yazdığı povest və hekayələri toplanmışdır.
Povestdə Avropa və Asiyanın müxtəlif ölkələri haqqında maraqlı məlumatlar verilmiş, hekayələrdə isə doğma yurdumuza məhəbbət, vətənpərvərlik, keçmişimizə və milli-mənəvi dəyərlərimizə sevgi hissləri öz əksini tapmışdır. Ə.Cəfəroğlunun yüksək bədii üslubu onun kitabını daha maraqlı və oxunaqlı edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [21:50]
Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib
- 06.05.2024 [20:25]
Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb
- 06.05.2024 [19:22]
Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib
- 06.05.2024 [18:17]
Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək
- 06.05.2024 [17:23]
Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri
- 06.05.2024 [16:50]