YENİ ÇƏRÇİVƏ MÜQAVİLƏSİ GÜRCÜSTAN-RUSİYA MÜNASİBƏTLƏRİNİN ƏSAS PRİNSİPLƏRİNİ MÜƏYYƏN EDƏCƏKDİR
TBİLİSİ. Prezident Eduard Şevardnadze bəyan etmişdir ki, “Gürcüstanla Rusiya arasında yeni çərçivə müqaviləsi ikitərəfli münasibətlərin əsas prinsiplərini müəyyənləşdirəcəkdir. Müqavilədə iki ölkənin BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü haqqında əsas prinsiplərdən biri əks olunacaqdır”.
Prezidentin fikrincə, “bu müqavilə hər iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığının bünövrəsini qoyacaqdır”. O, nəzərə çarpdırmışdır ki, “hərbi sahədə əməkdaşlıq da istisna edilmir, lakin bu, Gürcüstanda Rusiya hərbi bazalarının hökmən olması demək deyildir”.
Eduard Şevardnadze çərçivə müqaviləsinin işlənib hazırlanması üzrə Gürcüstan və Rusiya dövlət komissiyalarının ötən ilin dekabrında Tbilisidə keçirilmiş ilk işgüzar iclasını uğurlu adlandırmışdır. Növbəti iclas yaxın vaxtlarda Moskvada olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [16:43]
Belçikada işçilərin sayının azalacağı gözlənilir
- 04.11.2026 [15:26]
Almaniyada sığınacaq axtaran əcnəbilərin sayı kəskin azalıb
- 04.11.2026 [15:20]