İDMAN
Yeniyetmə və gənc güləşçilərin respublika seçim turnirlərinin final mərhələsi başlayır
Oktyabrın 27-dən 29-dək Hövsan Olimpiya İdman Kompleksində Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə respublika seçim turnirinin final mərhələsi, oktyabrın 30-dan 31-dək isə gənclər arasında “Hünər meydanı” respublika seçim turniri təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, yeniyetmələrin yarışında 1998-1999, gənclərin yarışında isə 1995-1997-ci il təvəllüdlü güləşçilər mübarizə aparacaq.
Yarışlar hər gün saat 10:00-da başlayacaq. Azərkeşlərin arenaya girişi sərbəstdir.
Hər iki yarışda Azərbaycanın bütün bölgələrindən olan güləşçilər iştirak edəcəklər. İlk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Qalib və mükafatçılar yığma komandaların heyətinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]